Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.110 qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilirСборник сведений о Кавказе, т. V, Тифлис,1879, № 329.

Toponim "az sulu bulaq", "quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su" mənasında işlənən damcı sözünəМурзаев Э. М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.171, 543 -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir.

Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur.

Əhalisi Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdürШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.587–590.

İstinadlar

Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri