thumbnail thumbnail Lukas Podolski () — Polşa əsilli Almaniyalı futbolçu. Hazırda Qurnikda forma geyinir.
Həyatı Lukas Podolski, peşəkar futbolçu Valdemar Podolski və həntbol oyunçusu Kristina Podolskanın oğlu olaraq Polşanın Qlivise şəhərində doğulmuşdur. 1987-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Podolski 2011-ci ildə evlənmişdir.
Klub karyeraları Köln
Futbola 1991-ci ildə Cuqend 07 Berqhem klubunun futbol məktəbində başlamışdır. 1995-ci ildə Köln futbol klubunun U-15 komandasına keçdi. 2003-cü ildə ilk dəfə Köln'ün ikinci komandasında oynamışdır. Daha sonra U-19 komandasında göstərdiyi uğurlardan sonra 18 yaşında birinci komandada oynamışdır. Lakin Köln liqanı sonuncu yerdə bitirdikdən sonra ikinci liqaya düşmüşdü.
2004–05 ci illərdə 2. Bundesliqada uğurlu bir il keçirərək 30 oyunda 24 qol vurub, 11 asist etmişdir. Beləliklə, qol kralı olmuşdur. İl sonunda isə Köln klubu yenidən Bundesliqaya qayıtmışdır.
Bu liqadakı ikinci ilində də uğurlu çıxış edərək 12 qol vurmuşdur. Üçüncü ildə klubun ən güclüsü olmağına baxmayaraq klub yenidən ikinci liqaya qayıtmışdır.
Bavariya
10 iyul 2006-cı ildə təxminən 10 milyon avroya 2010-cu ilin sonuna qədər Bavariya ilə razılaşmışdır. Lakin il sonunda 22 oyunda sadəcə 4 dəfə fərqlənmişdir. O, bu klubda ilk Avropa qolunu da vurmuşdur.
2006/07-ci illərdə 5 qol vuran futbolçu Münhen klubu ilə liqa çempionluğu da yaşamışdır. Bundan əlavə Almaniya Kubokunun da sahibi olmuşdur. Növbəti ildə isə liqa ikincisi və UEFA Çempionlar Liqasının dörddə bir finalçısı olan klubda ilk 11'də oynaya bilmədi və klubdan ayrıldı.
Köln'ə qayıdış
2009/10-cu illərdə yenə 10 milyon avroluq razılaşma ilə köhnə klubu Kölnə geri dönmüşdür. Birinci il o qədər uğurlu ola bilməyən Podolski növbəti ildə 13 qol və 8 asist etmişdir. 11 mart 2011-ci ildə Bundesliqadakı 50-ci qolunu vurmuşdur. Lakin klubun uğurlarının ardı gəlmədiyi üçün il sonunda Bundesliqadan ayrılanlardan biri olmuşdur.
Arsenal
2012/13-cü illərdə Almaniyadan ilk dəfə ayrılan Podolski Arsenala transfer olundu. Birinci ilini 11 qol və 10 asist ilə bağladı. UEFA Çempionlar Liqasında 4 qol vura bildi. Zədələndiyi üçün növbəti ilin birinci hissəsində oynaya bilmədi. Daha sonra isə yalnız FA Kubokunda final oynadı.
İnter Milan
Podolski 2014/15 ilin qış transfer mərhələsində İnter Milana kirayə göndərilmişdir. İl sonunda isə klubdan ayrıldığını bildirmişdir.
Qalatasaray
4 iyul 2015-ci ildə 2.5 milyon avroya Qalatasaray ilə razılaşmışdır.
Qurnik Zabje FK
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Polşada doğulanlar Kateqoriya:Polşa futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Yaponiyada legioner futbolçular Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Köln FK futbolçuları Kateqoriya:Antalyaspor futbolçuları Kateqoriya:Polşanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:UEFA Avro 2012 futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:2005 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Almaniya vətəndaşlıq hüququnu almış şəxslər