Qarayev Elnar Cəfər oğlu () — Azərbaycan teatr və kino aktyoru.

Həyatı Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur.

Əsas rolları

Bakı Bələdiyyə Teatrı Dönüş (Cəfər Cabbarlı) — Bayram Oğul (A. Babayev) — killer Məlikməmməd nağılı — Qara div Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli Domoklun qılıncı (Nazim Hikmət) — həkim Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı Dəli Domrul (Altay Məmmədov) — sərkərdə Türk sancağı (A. Qurbani) — Xanəli

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq Mesenat (Əli Əmirli) — tələbə Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik İkinci səs (Bəxtiyar Vahabzadə) — katib Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit İmzanın hökmü (T. Kazımov) — Cəlil Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri) Varlı qadın (Əli Əmirli) — mühafizəçi Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist Bu dünyanın adamları (Hidayət) — xidmətçi Hamlet (Uilyam Şekspir) — Marsel Qatil (Elçin) — süpürgəçi Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl Mənim günahım (İlyas Əfəndiyev) — Xansu Keçmişdən zəng (Anatoli Krım) — Kişi Yaşar (Cəfər Cabbarlı) — Yaşar

Mükafatları 2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb.

10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi Biz qayıdacağıq (film, 2007) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Xoca (film, 2012) Üç görüş Muradına çatan Günəş Dərvişin qeydləri (film, 2013) Fədakar (film, 2015) Günəşim ol (teleserial, 2016) — rol: Fərhad Ölülər. 21-ci əsr. (film, 2016)]] — rol: kefli İskəndər Uçurum (teleserial, 2018) — rol: Ayaz Ana və poçtalyon (film, 2020) 13-cü mənzil (teleserial, 2021) — rol: Elçin Etiraf (film) (bədii-sənədli film) — rol: C. Cabbarlı Sarı gəlin (film) (televiziya tamaşası) — rol: Ağaəli Ata Ocağı(teleserial) Şor biznes (film, 2024) Akinak (film, 2026) Mən Lalə bir də Şerlok Holms(teleserial)

İstinadlar

Xarici keçidlər Elnar Qarayev

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları