Ramil Şeydayev () — "Qarabağ" futbol klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edən futbolçu.

Klub karyerası Zenit Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. İlk məşqçisi Yuri Aleksandrov olub. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb.Новоиспеченный чемпион Европы Рамиль Шейдаев подписал контракт с "Зенитом" 26 oktyabr 2014-cü ildə "Zenit" ilə "Mordoviya" komandaları arasında oynanılan görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas heyətdə debüt etmiş olub."Зенит" — "Мордовия": Рамиль Шейдаев дебютировал в основном составе Əsas komandadan savayı Ramil klubun ikinci komandasının heyətində də çıxış edib. 2014–15 Milli Futbol liqa birinciliyində 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu olub.2. DIVISION — West Zone

Rubin 7 avqust 2015-ci ildə Kazanın "Rubin" komandasına icarəyə verilib.Рамиль Шейдаев перешёл в "Рубин"

5 iyul 2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb.

Trabzonspor Azad agent statusunda olan futbolçu 12 iyul 2016-cı ildə Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Onunla 4 illik müqavilə imzalanıb.

Jilina və Qarabağda icarə Müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayev 11 fevral 2016-cı ildə Slovakiyanın "Jilina" komandasına icarəyə verilib. O, daha sonra 2017-ci ilin avqustunda Qarabağ FK-na icarəyə verilib.

Qarabağla ilk oyununu 17 sentyabr 2017-ci ildə Kəpəzlə maçda keçiribhttp://www.uefa.com/european-qualifiers/season=2018/teams/player=250055133/domestic/ .

31 oktyabr 2017 ildə Atletiko Madrid — Qarabağ (1:1) oyununda Çempionlar Liqasında debüt edib.

Krılya Sovetov 2018-ci ilin avqust ayında, Rusiyanın "Krılya Sovetov" klubuna transfer olunub.Рамиль Шейдаев: "Просто я захотел вернуться в Россию" Burada 18 oyuna 4 qol vurub.

Dinamo Moskva 2019-cu ilin iyul ayında Rusiyanın "Dinamo" Moskva klubuna transfer olunub. Burada 9 oyuna 1 qol ötürməsi ilə yadda qalıb.

Sabah 2020-ci ilin fevral ayında Azərbaycanın "Sabah" klubuna transfer olunub.

Qarabağ 2021-ci ilin yayında Ağdamın "Qarabağ" klubuna keçib. R.Şeydayev "Qarabağ" heyətində bu müddətdə 2 dəfə Azərbaycan çempionu, 1 dəfə isə Azərbaycan kubokunun qalibi olub. Bundan başqa Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümündə 22 qol vuraraq mövsümün bombardiri olub.

Kocaelispor 2023-cü ilin yayında Qarabağ ilə müqaviləsi bitən Şeydayev müqaviləsini uzatmayaraq Taylandın Buriram Yunayted klubuna keçsə də, bu klubun heyətində möhkəmlənə bilmədiyi üçün 2024-cü ilin əvvəlində Türkiyənin birinci divizionundakı Kocaelispor klubu ilə 1,5 illik müqavilə imzalayıb. Şeydayevin klubda mövsümün sonuna qədər 250 min avro, yeni mövsüm üçün isə 450 min avro qazanc götürəcəyi bildirilib.

Neftçi 2024-cü ilin iyul ayında Şeydayev Kocaelispor ilə müqaviləsini qarşılıqlı razılaşma şəklində pozduqdan sonra Azərbaycan Premyer Liqasının Neftçi klubu ilə 3 illik müqavilə imzalayıb. "Neftçi" ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan R.Şeydayev zəif göstəricilərinə görə klubla olan müqaviləsinə xitam verilməsi təklif olunsa da, R.Şeydayev bundan imtina edib. Bu səbəbdən 2025-26 mövsümünün əvvəlində "Neftçi"də əsas komandadan kənarlaşdırılaraq əvəzedici heyətə göndərilib.

Qarabağ 18 sentyabr 2025-ci ildə "Qarabağ" Şeydayev ilə müqavilə imzaladığını açıqlayıb.

Milli karyerası

Rusiya Ramil 2012-ci ildə 17 yaşlılardan ibarət Rusiya milli komandasının heyətində ilk rəsmi görüşə çıxıb. 2013-cü ildə Slovakiyada keçirilən 17 yaşa qədər yeniyetmələr arasında Avropa çempionatı zamanı Ramil Rusiya komandasının heyətinə cəza səbəbindən sonradan qoşulub. Ramilin də iştirak etdiyi final oyununda Rusiya millisi İtaliya komandasına oyunsonrası 11 metrlik cərimə zərbələri seriyasında qalib gələrək Avropa çempionu tituluna sahib olub.

Daha sonra o, 2015-ci ildə 19 yaşlılardan ibarət Rusiya milli komandasının heyətində 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatında iştirak edib. Bu yarışda Rusiya ikinci yeri tutub və beş görüşdə iki qol vuran Ramil turnirin ən yaxşı oyunçularından ibarət rəmzi komandasının heyətinə seçilib.

Azərbaycan 2016-cı ilin yay aylarında Dünya Çempionatının seçmə mərhələsinin başlamağına qısa müddət qalmış AFFA tərəfindən Ramilə müraciət ünvanlanır və Şeydayev bir neçə dəfə cəhddən sonra Azərbaycan millisində oynamağı qəbul edir. Razılıq əldə olunandan sonra FİFA-ya müraciət olunur və ali futbol qurumu Ramilin Azərbaycan millisində oynamasına icazə verir. Sankt-Peterbuqrun "Zenit-2" komandasında Ramil Şeydayevin baş məşqçisi olmuş Vladislav Radimov iddia edib ki, Ramil Şeydayev pul qarşılığında Rusiyadan imtina edərək Azərbaycan millisində oynamağa razılıq verib. Onun iddiasına görə bunun üçün Ramil Şeydayevə 500 min dollardan bir milyona qədər pul verilib.

2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin ilk oyununda səfərdə San-Marino millisi ilə oyuna 88-ci dəqiqədə daxil olan Şeydayev Azərbaycan millisində debüt etmişdir. Qrupun II turunda Bakı Olimpiya Stadionuda Norveç seçməsi ilə keçirilən oyuna 80-ci dəqiqədə daxil olaraq 13 dəqiqə meydanda olmuşdur. Norveç ilə oyundan 3 gün sonra Çexiya ilə Ostrava şəhərində keçirilən oyunda start heyətdən mübarizəyə qoşuldu. Ramil Şeydayev AVRO-2020 Seçmə mərhələsində Xorvatiya ilə səfər oyununda komandamızın yeganə qolunun müəllifi oldu. Şeydayev AVRO-2020 Seçmə mərhələsində komandamızın üçüncü oyununda Slovakiyanın qapısına vurulan yeganə qolun müəllifidir.

Uğurları

Klub Zenit Sankt-Peterburq Rusiya çempionu (1) 2014–15 Jilina Slovakiya çempionu (1) 2016–17 Qarabağ Azərbaycan çempionu (3) 2017–2018, 2021–2022, 2022–2023 Azərbaycan Kuboku (1) 2021–2022

Milli komanda Rusiya (17 yaşlılar) 17 yaşadək yeniyetmələr arasında Avropa çempionatı (1): 2013

Şəxsi həyatı Ramil Şeydayev Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya gəlib. Atası milliyətcə azərbaycanlı, anası isə rusdur. R. Şeydayev həm Rusiya, həm də Azərbaycan vətəndaşlığına malikdir.

İstinadlar

Xarici keçidlər

Soccerbase.com Ramil Şeydayev Fifa.com Ramil Şeydayev RFS.com Ramil Şeydayev

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:Rubin Kazan FK futbolçuları Kateqoriya:Trabzonspor FK futbolçuları Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Tailand Liqası 1 futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Slovakiya Superliqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Soçi FK futbolçuları