Suruç terror aktı () - 2015-ci ilin 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç səmtində yerli vaxtla saat 12:00-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 31 nəfərin həlak olduğu və 100 nəfərdən çox şəxsin yaralandığı bildirilir. Hücum; Sosialist Gənclik Dərnəklər Federasiyasının üzvlərinin toplaşdığı Amara Mədəniyyət Mərkəzinin baxçasında 300 nəfərlik qrupa qarşı həyata keçirilmişdir. Silahlı kamikadze özünü SGDF olaraq tanınan sol yönümlü qrupun uzun müddətdir ki, İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən mühasirədə saxlanılan Kobani şəhərinin yenidən bərpa edilməsi ilə bağlı çıxış edərkən partlatmışdır. Əsas ehtimallar terror hücumunun İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən həyata keçirilməsi ilə bağlıdır.

İstinadlar

Kateqoriya:2015-ci ildə Türkiyə Kateqoriya:2015-ci ildəki hadisələr Kateqoriya:20 iyuldakı hadisələr Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Türkiyədə qətliamlar Kateqoriya:Antikommunist terrorizmi