Babakişi — İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 10 km şimal-qərbdə, Misxana çayının yaxınlığında yerləşir. Ermənilər buraya 1829-cu ildə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdürHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti,(erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.159.

Toponimi Toponim Babakişi şəxs adı əssında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Ağavnadzor qoyulmuşdur.

Əhalisi 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi sıxışdırılıb çıxarılmışdır. Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.16–17.1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi. 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş, kəndə tam ermənilər yerləşdirilmişdir. 1926-cı ildə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlıQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.17 yaşamışdır. 1930-cu ildə kənddə olan 3 nəfər azərbaycanlı da qovulmuşdur. İndi ermənilər yaşayır.

İllər üzrə əhalisi: İl Əhali 1897709 1926868 1939 1182 1959 736 1979 1041 1989 971 2001 1366 2004 1071

İstinadlar

Kateqoriya:Dərəçiçək kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri