Alan Metison Türinq ( ; ) — informatika elminin inkişafına mühüm təsir göstərmiş ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Britaniya İmperiyasının Ordeni kavaleri (1945) və London kral cəmiyyətinin üzvü (1951). Alimin 1936-cı ildə təklif etdiyi və hal-hazırda bütün ümumi təyinatlı kompüterlərin modeli sayılan mücərrəd "Türinq hesablama maşını", alqoritm anlayışı formallaşdırmağa imkan vermiş və indiyə qədər keçirilən çoxlu nəzəri və təcrübi tədqiqatlar zamanı istifadə olunmuşdur. A. Türinqin elmi əsərləri – informatikanın əsaslarına (və xüsusilə süni intellekt nəzəriyyəsinə) verilən həqiqi töhfədir.

İkinci Dünya müharibəsi zamanı Alan Türinq Bletçli parkda yerləşən və kod və şifrləri tədqiq edən Hökumət məktəbində işləyirdi; həmin bu mərkəzdə Berlin-Roma-Tokio oxu tərəfindən yaradılan çoxsaylı kod və şifrlər sındırılırdı (bunu elmi dildə kriptoanaliz adlandırırlar). Bundan başqa o, Almaniya hərbi dəniz donanması tərəfindən göndərilən məlumatların kriptoanalizinə cavabdehlik daşıyan xüsusi Hut 8 qrupuna rəhbərlik edirdi. Türinq müdaxilə və deşifrə üçün bir sıra metodları işləyib hazırlamışdır, o cümlədən, Bombe alətinin nəzəri bazası üçün (Bombe – Eniqma kodunun oxunması məqsədilə yaradılmış elektron-mexaniki maşındır).

Müharibədən sonra Türinq Milli fizika laboratoriyasında çalışmışdır; burada onun layihəsi üzrə ACE proqramını yaddaşında saxlayan dünyanın ilk kompüterinin yaradılması həyata keçirilmişdir. 1948-ci ildə alim Mançester Universitetinin hesablama laboratoriyasında çalışan Maks Robert Nyumanın yanına işə düzələrək, məşhur "Mançester kompüterlərinin" yaradılmasında ona köməklik göstərmiş, bir müddət sonra isə riyazi biologiya nəzəriyyəsi ilə maraqlanmışdır. Türinq morfogenezin kimyəvi əsası haqqında elmi iş nəşr etdirmiş və ilk dəfə 1968-ci ildə elm aləminə məlum olmuş Belousov-Jabotinski reaksiyası kimi rəqsi hərəkət halında kimyəvi reaksiyanın meydana gəlməsini əvvəlcədən xəbər vermişdir. Süni kompüter intellektinin qiymətləndirilməsi üçün, o, 1950-ci ildə Türinq testinin təcrübədən keçirilməsini təklif etmişdir.

1952-ci ildə "Labuşer düzəlişinə" uyğun olaraq (bu düzəlişə əsasən, homoseksual şəxslər hakimiyyət tərəfindən təqib olunurdular), Alan Türinq "kobud ədəbsizlik" ittihamları üzrə təqsirli bilinmişdir. Türinqə həbs cəzası ilə seksual libidonu boğmaq üçün məcburi hormonal terapiya arasında seçim hüququ verilmişdir. Alim sonuncu variantı seçməyə məcbur olmuşdur. Alan Türinq 1954-cü ildə sianidlə zəhərlənərək ölmüşdür. İstintaq Türinqin intihar etdiyini müəyyənləşdirmişdir, halbuki alimin anası hesab edirdi ki, baş verənlər təsadüfdən başqa bir şey deyildi. Alan Türinq həmçinin "Böyük Britaniyada homofobiyanın ən məşhur qurbanlarından birisi" kimi məşhurlaşmışdır. 2013-cü il dekabrın 24-də Türinq ölümündən sonra Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən əfv olunmuşdurЕлизавета II накануне Рождества помиловала покойного расшифровщика "Энигмы" // ИТАР-ТАСС.

Alimin şərəfinə təsis edilmiş Türinq Mükafatı () – informatika sahəsində dünyada ən nüfuzlu mükafat hesab olunur.

Erkən həyatı və karyerasının başlanğıcı 250px|thumbnail|left|Dorset qraflığının Şerborn şəhərində yerləşən eyniadlı məktəb Alanın valideynləri uzun illər Hindistanın Çhatrapur şəhərində yaşamışdılar. Atası – Yulius Metison Türinq Şotlandiyanın köhnə zadəgan nəslinin nümayəndəsi idi və İmperiya dövlət qulluğunda çalışırdı. Anası – Sara Etel (qızlıq soyadı Stoni) əslən irlandiyalı olan protestant dininə mənsub olan anqlo-irland zadəgan ailəsində anadan olunmuşdurPhil Maguire, "An Irishman's Diary", page 5. The Irish Times, 23 June 2012.. O Alana hamilə olarkən, gələcək valideynlər uşağın Londonda böyüməsi və gələcəkdə orada təhsil alması üçün İngiltərəyə köçməyi qərara alırlar. Məhz elə orada, yəni 1912-ci il iyunun 23-də Alan anadan olmuşdur. Onun Con adlı böyük qardaşı var idi. Yulius Türinqin dövlət xidməti davam etdiyindən, Alanın valideynləri tez-tez iki övladı əsasən hərbçi ailələrin öhdəsində qoyaraq Hastinqs və Hindistana gedirdilər. Türinqdə dahiliyin ilk göstəriciləri hələ erkən yaşlardan hiss olunmağa başlamışdı.

Altı yaşında Alan Türinq Hastinq şəhərində yerləşən müqəddəs Mixail məktəbinə daxil olur; bu məktəbin direktoru gənc məktəblinin istedadını dərhal qeyd etmişdir. 1926-cı ildə, 13 yaşında, Türinq Dorset qraflığının Şerborn şəhərində yerləşən məşhur Şerborn özəl məktəbinə gedir. Onun məktəbdə ilk günləri 1926-cı ilin Ümumxalq tətilinə təsadüf edir. Ona görə də Türinq Sauthempton şəhərindən velosipedlə Şerborna qədər təxminən 100 km məsafəni qət etməli olur; gecələmək üçün o, yaxınlıqdakı mehmanxanaların birinə üz tutur.

Türinqin riyaziyyat sevdası Şerborn məktəbinin müəllimləri arasında xüsusi dəstək tapmamışdır, burada humanitar elmlərə daha çox diqqət yetirilirdi. Məktəbin direktoru Alanın valideynlərinə bunları yazmışdı: Mən ümid edirəm ki, o, eyni anda iki stulda oturmağa cəhd göstərməyəcək. Əgər o, özəl məktəbdə qalmağı arzulayırsa, o zaman "təhsil" almağa çalışmalıdır. Yox əgər o, özəl məktəbdə sırf "elmi mütəxəssis" kimi qalmağa hazırlaşırsa, bu onun üçün boş vaxt itkisinə çevriləcək. Bununla belə, onu maraqlandıran sahələrdə, Türinq, başqalarından fərqlənən bacarıq göstərirdi. Müəllimlərin ona hətta riyazi analizin əsaslarını keçməmələrinə baxmayaraq, o, artıq 1927-ci ildə mürəkkəb riyazi məsələləri həll edirdi. 1928-ci ildə, 16 yaşında Türinq Eynşteynin əsərləri ilə yaxından tanış olmuşdur, o, məsələni o səviyyəyə qədər həll edə bilmişdi ki, mətndə açıq şəkildə ifadə olunmayan Eynşteynin Nyutonun qanunları ilə bağlı şübhəli məqamları ekstrapolyasiya edə bilmişdi.

Şerbornda oxuyarkən, Türinq Kristofer Morkom ilə yaxından dostlaşır. 1930-cu ildə "Mycobacterium bovis" (öküz tuberklyozu) xəstəliyinin ağırlaşması nəticəsində Morkomun vəfat etməsi ilə bu münasibət başa çatır, Morkom bir neçə il əvvəl xəstə süd vasitəsilə yoluxmuşHassall, R The Sherborne formula: the making of Alan Turing Vivat! 2012/13: 17–29., bu hadisədən sonra Türinq ilahi qüvvəyə inancını itirmiş və ateist olmuşduPaul Gray, Alan Turing Time Magazine's Most Important People of the Century, p.2. Həmçinin bu hadisə Türinqdə böyük kədər hissi doğurmuşdur. Böyük dərdin öhdəsindən gəlmək üçün, o, daha ağır elmi mövzular üzərində işləməyə başlamışdır. Morkomun anasına ünvanladığı məktubda Türinq bunları yazmışdır: . Alan bütün fenomenlərin, o cümlədən insan beyninin yaratdığı təxəyyülün özündə materialist başlanğıcı daşımalı olduğu ideya barədə düşüncələrə dalır, lakin bununla belə, həyatının bu dövründə o, bədəndən asılı olmayan ruh anlayışına və ölümdən sonrakı axirət həyatına inanırdıThe Inspiration of Life and Death, 1928–1932 Alan Turing Scrapbook. Morkomun anasına yazdığı sonuncu məktubda, o, "ruh" və "axirət" haqqda öz nöqteyi-nəzərini bildirmişdi: .

Türinqin elmi hipotezləri tezliklə görkəmli amerikalı riyaziyyatçı və məntiqçi Alonzo Çörçün lyambda-hesablama üsulu ilə tərtib etdiyi ekvivalent sübutlarından sonra açıqlanmasına baxmayaraq, Türinqin özü onunla təəssüf ki, tanış deyil idi. Alan Türinqin məsələyə yanaşması daha sadə və intuitiv hesab edilir.

Universitet illəri

thumb|right|250px|Alan Türinq Kembricdəki Kral kollecinə 1932-ci ildə daxil olmuş, 1934-cü ildə isə buranın həqiqi üzvü seçilmişdir. Hal-hazırda kompüter siniflərinin birisi onun adını daşıyır. Humanitar elmlərə qarşı nifrəti üzündən Türinq yüksək bal toplaya bilmədi və buna görə də məktəbi bitirdikdən sonra Kembric Kral kollecinə daxil olur (halbuki o, Triniti kollecə getmək niyyətində idi). Məşhur riyaziyyatçı Qodfri Harold Hardinin rəhbərliyi altında, Türinq Kral kollecində 1931-ci ildən 1934-cü ilədək təhsil almışdır.

1928-ci ildə alman riyaziyyatçısı David Hilbert dünya ictimaiyyətinin diqqətini dayanacaq probleminə () cəlb etmişdir. Türinq 1936-cı il noyabrın 12-də dərc etdiyi "On Computable Numbers, with an Application to the Entscheidungsproblem" adlı elmi işində Gödelin universal və formal hesab dilini sadə hipotetik qurğularla əvəz edərək, natamamlıq haqqında onun teoremini başqa şəkildə ifadə etmişdir (həmin qurğular daha sonralar Türinq maşını adlandırılmışdır). O, sübut etmişdir ki, belə bir maşın alqoritm şəklində təqdim edilmiş istənilən riyazi hesablamaları aparmaq iqtidarındadır. Daha sonra Türinq sübut etdi ki, "Entscheidungsproblem"dən (problem həlli) çıxış yolu yoxdur, bunun üçün o, əvvəlcə sübut etdi ki, Türinq maşını üçün dayanma məsələsi icazə verilən deyil: ümumiyyətlə Türinq maşınının məlumatlarının nə vaxtsa dayanacağını alqoritmik şəkildə təyin etmək mümkün deyil.

Türinqin elmi hipotezləri tezliklə görkəmli amerikalı riyaziyyatçı və məntiqçi Alonzo Çörçün lyambda-hesablama üsulu ilə tərtib etdiyi ekvivalent sübutlarından sonra açıqlanmasına baxmayaraq, Türinqin özü onunla təəssüf ki, tanış deyil idi. Alan Türinqin məsələyə yanaşması daha sadə və intuitiv hesab edilir. İstənilən digər maşınlar funksiyalarını yerinə yetirə biləcək "Universal Maşın" ideyası, yaxud başqa sözlə, prinsip etibarilə hər şeyi hesablamaq bacarığı olduqca orijinal bir addım idi. Müasir kompüter konsepsiyasının məhz Alan Türinqin uzun illər apardığı işlər nəticəsində yaradılığını ABŞ-li riyaziyyatçı alim fon Neyman daha sonralar şəxsən etiraf etmişdir"Фон Нейман… особенно подчеркнул, что основная концепция принадлежит Тьюрингу…" письмо Стенли Франкеля к Брайану Ранделю, 1972, цитируется в Копеланде (2004) The Essential Turing, с22.. Türinq maşını indiki dövrdə belə alqoritmlər nəzəriyyəsində əsas tədqiqat obyekti kimi istifadə olunur.

1936-cı ilin sentyabr ayından 1938-ci ilin iyul ayına kimi Türinq məntiqçi-alim Çörçün rəhbərliyi altında Prinston Universitetində çalışmışdır. Riyaziyyatla məşğul olmaqla yanaşı, alim kriptoqrafiyanı da öyrənirdi; o, həmçinin binar (yəni ikili saylı) və elektrik-mexaniki cərəyanın gərginliyi artıran transformator yaratmışdı. 1938-ci ilin iyununda Türinq "Ordinallara əsaslanan məntiqi sistemlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir, Türinq maşının orakulla birləşməsindən ibarət olan konsepsiya barədə buradakı digər alimlərə geniş məlumat verilmişdir. Bu yeni kəşf, yalnız Türinq maşınının köməyi ilə həll edilməsi mümkün olmayan problemləri tədqiq etməyə imkan yaradır.

Kembricdə Alan Türinq Avstriya filosofu, analitik fəlsəfənin banilərindən və XX əsrin ən parlaq filosoflarından biri olan Lüdviq Vitgenşteynin "Riyaziyyat əsaslarının böhranı" adlı mühazirələrinə baş çəkirdi. Alimlər çoxlu mübahisə edirdilər, çünki Türinq daha çox formalizm ideyasını dəstəkləyir və var qüvvəsilə müdafiə edirdi, onun oppnenti isə əksinə, hesab edirdi ki, riyaziyyat elmi mütləq həqiqəti axtarmır, o sadəcə olaraq həmin həqiqəti kəşf edir.

Kriptoanaliz 148px 128px Almanların "Eniqma" adlı üç rotorlu hərbi şifrə maşını (solda)və Bletçli Park (sağda) İkinci Dünya müharibəsi zamanı Alan Türinq Bletçli Park malikanəsində alman şifrlərin sındırılmasında fəal iştirak etmişdir. Bletçli Parkda uzun illər çalışmış tarixçi və veteran Eyza Briqs bir dəfə dedi: