Lehvaz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 158 qeyd edilmişdir.
Meğri rayonunda Lehvaz adlı iki kənd olunmuşdur: Birinci Lehvaz, İkinci LehvazД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типография К. П. Козловскаго, 1913, стр. 68. Sonralar bu kəndlər birləşdirilərək Levaz adlı kənd yaranmışdır.
Toponimi Toponim Strabonun "Coğrafiya" əsərində göstərilən skif tayfalarından olan leh etnonimi iləAzərbaycan tarixi üzrə qaynaqlar (tərtibçilər: S. S. Əliyarov, F. R. Mahmudov və b.), Bakı, 1989. s.18 türk dilində "sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ" mənasında işlənən bayz//baysvaz — İbrahim Bayramova görə sözündənМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.65 əmələ gəlmişdir. Bu söz Azərbaycan toponomiyasında "düzən yerdə tirə, təpəcik, hündür yer" mənasında işlənən bazı formasında daYüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.120 işlənir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
XX əsrin əvvəllərinə aid mənbədə kəndin adı Leqvaz kimidir (yenə orada). Toponim "lək" (bir hörgüclü erkək dəvə, burada dağın kənardan lökün hörgücü formasında olmasını ifadə edir) və qədim türk dillərində bays (vayz) "sıldırım" (bax: Bozabdal) sözlərindən ibarətdir. Deməli, toponim lök dəvə belinə oxşadığına görə "hörgüc formalı sıldırım" mə’nasındadır. Adın "leh" hissəsi Kəlbəcər r-nunda Lök (yerli əhali içərisində Leh və Lev kimi də adlanır) kəndinin və oradakı sıldırım qaya üzərində Alban çarı Artnerseh oğlu Qriqori tərəfindən (IX) əsr tikilmiş Levqala qalasının adında da vardır. Meğriçayın bir qolu da Lehvaz adlanırdı
Əhalisi Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 nəfər, 1904-cü ildə 525 nəfər, 1914-cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68–69, 142–143.
1918-ci ildən kənd erməni təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuşdurИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.206.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci ildə 171 nəfər, 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri