Quram Kaşia (; ) — Slovakiyanın "Slovan Bratislava" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu.
Klub karyerası
Dinamo Tbilisi Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub.
Vitess Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır.
2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır.Kashia en Yasuda langer bij Vitesse Vitesse.nl (29 maart 2011) 2011–2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.Kashia is trots op aanvoerdersband Vitesse.org (26 juli 2011) 2012-ci il martın 22-də o, klubu ilə olan müqaviləsini 2016-cı ilin ortalarınadək artırıb.Vitesse breekt contract Kashia open (Video) , Vitesse.nl (22 maart 2012)
Milli komanda karyerası 2009-cu ildən milli komandaya dəvət olunur. İlk oyununu 1 aprel 2009-cu ildə 2010-cu il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 12 oktyabr 2013-cü ildə 2014-cü il Dünya çempionatının seçmə mərhələsi zamanı Finlandiya milli futbol komandasının qapısına vurmuşdur.
Uğurları
Klub Dinamo Tbilisi Gürcüstan çempionatı (1): 2007–2008 Gürcüstan Kuboku (1): 2008–2009 Gürcüstan Superkuboku (1): 2008
Vitess Niderland Kuboku (1): 2016–2017
Slovan Bratislava Slovakiya çempionatı (1): 2021–22, 2022–23, 2023–24
Şəxsi Gürcüstanda ilin futbolçusu (2): 2012, 2013
İstinadlar
Xarici keçidlər
Soccerway profili Voetbal International profili FİFA saytında səhifəsi National Football Teams səhifəsi
Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Gürcüstan futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Slovakiya Superliqası futbolçuları Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:ABŞ-də legioner futbolçular Kateqoriya:Slovan Bratislava FK məşqçiləri