Frank Donald Dreyk (; ) — amerikalı astronom.
Həyatı Çikaqoda anadan olub, Kornel Universitetinin elektronika fakültəsində təhsil alıb. Məşhur astronom Otto Struverin planet sistemlərinin yaranması haqqında olan mühazirələrini dinlədikdən sonra, onda digər planetlərdə həyat və sivilizasiyalara maraq oyandı. ABŞ hərbi dəniz donanmasında vəzifəsini yerinə yetirdikdən sonra o, ardıcıl olaraq Milli Radio Astronomiya Rəsədxanasında, Kornell və Kaliforniya universtetlərinde işləməyə başladı. Struve Dreykin dəstəyi ilə NRAO əsasında ("Ozma" layihəsi) 28 metrlik radio teleskop tikintisini təşkil etdi — dünyanın ilk, digər planetlərdə həyatın olub-olmamasını müəyyən etmək üçün qurulan, ölçü və qeyd cihazı. "Dreyk tənliyinin" yaradıcısıdır.
Frank Dreyk — dünyada ilk digər sivilizasiyaların siqnalları üçün axtarışlara başladı — "Ozma" layihəsi, ilk digər sivilizasiyalar üçün mesaj yaratdı (Karl Saqan və başqalarının komeyi ilə) — "Pioneer Plaque" və ilk ulduzlar arası radio-mesaj göndərdi — "Arecibo Message"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Radioastronomlar Kateqoriya:ABŞ astronomları Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:Yerdənkənar intellekt axtarışı