Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu; ) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.

Yaradıcılığı Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var.Müasir Azərbaycan ədəbiyyatı. II cild/Bakı-2007,9 s. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olmuşdur.

"İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin "Dinmə, ey kədər" (1986), Elza Kərimin "Nə xoşbəxt imişəm", Altay Məmmədovun "Tanıdığım Əli Kərim" xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" (2005), "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış" (2010), Sona Xəyalın "Əli Kərim" (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: "Ə. Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: "Babəkin qolları"nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; "Heykəl və heykəlin qardaşı" poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. "Gül və çörək", "Sevirəm", "Bomba üstündə ev", "Çiçəklər iclasda" kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.

Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin irihəcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı "Bir santimetr haqqında ballada" poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: "İlk simfoniya" poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. "Heykəl və heykəlin qardaşı" poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…"

Filmoqrafiya Filmin adı İl Ssenari müəllifi Əsər müəllifi Quruluşçu rejissor Aktyor İştirakçı Haqqında Filmin növücenter|50px Daş 1977Qısametrajlı Cizgi Filmi Sənət Sevincləri 2001 Ədəbi-bədii proqramcenter|50px Yeddi Duyum 2002 Sənədli televiziya filmicenter|50px Son Nəfəs2009Qısametrajlı sənədli televiziya filmi Sənətkar Ömrü 2009 Sənədli televiziya filmi Gələcəyin şairi 2010 Sənədli televiziya filmicenter|50px Əli Kərim 2013Qısametrajlı sənədli televiziya filmicenter|50px Yadigarlar(06.01.2015 tarixli veriliş) 2013Televiziya verilişicenter|50px Könül Dünyamız(01.11.2015 tarixli veriliş) 2015Televiziya verilişicenter|50px Könül Dünyamız(13.04.2019 tarixli veriliş) 2019Televiziya verilişicenter|50px Sətirlər(05.03.2020 tarixli veriliş) 2020Televiziya verilişicenter|50px Ovqat(17.01.2022 tarixli veriliş) 2022Televiziya verilişi

Şeirlərinə yazılmış mahnılar Flora Kərimova — Nə Gəlməz Oldun — musiqi: Oqtay Kazımi Yaqub Zurufçu — Yar Gəldi — musiqi: Adil Gəray Vaqif Şixaliyev — Azərbaycanım Mənim — musiqi: Hacı Zirəddin Tağıyev Ayşən Mehdiyeva — Azərbaycanım Mənim — musiqi: Adil Gəray Azad Zamanov — Qayıt — musiqi: Sevil Rüstəmova Flora Kərimova, Elxan Əhədzadə — Yar gəldi — musiqi: Elza Ibrahimova Nə xoşbəxt imişəm — musiqi: Cavanşir Quliyev

Haqqında yazılanlar

Kitablar

Xatirəsi Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdə Göyçay Rayonunda Şair Əli Kərimin məzarı ətrafında Əli Kərim adına park salınmış, heykəli ucaldılmışdır. Bununla yanaşı Bakı, Göyçay, Sabirabad Şəhərlərində Əli Kərimin adını daşıyan küçə, Sumqayıt da Əli Kərim adına poeziya klubu, Xocalı rayonunda isə Əli Kərim adına tam orta məktəb vardır. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əli Kərimin seçilmiş əsərləri nəşr edilmişdir.

Əsərlərinin nəşri İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh. Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh. Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh. Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh. Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh. Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh. Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh. Pillələr (roman). Bakı: Gənclik, 1978, 160 səh. Qız və kəpənək. Bakı: Gənclik, 1979, 56 səh. Qayıt. Bakı: Yazıçı, 1983, 288 səh. Pillələr (roman). Bakı: Yazıçı, 1987, 262 səh. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1991, 272 səh. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1991, 251 səh. Mavi nəğmənin sahilində. Bakı: Yazıçı, 1991, 197 səh. Seçilmiş əsərləri. Bakı, Lider, 2004 Qaytar ana borcunu. Təbriz, Əxtər, 2008 Seçilmiş əsərləri (2-ci cild). Bakı, Elm və Təhsil, 2012 Seçilmiş əsərləri. (I cild). Bakı, Şərq və Qərb, 2013 Seçilmiş əsərləri. (II cild). Bakı, Şərq və Qərb, 2014 "Nə xoşbəxt imişəm bir zaman, Allah!". Bakı, Bakı Kitab Klubu, 2015 Metronun yaylı qapıları. Bakı, Qanun nəşriyyatı, 2019

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Əli Kərim barədə sayt

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları Kateqoriya:Azərbaycan dilinə tərcümə edənlər Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycan dilindən tərcümə edənlər