Astana-1964 () — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu.

Komandanın rəngləri SarıTünd göy

Adları 1964: "Dinamo" (Selinoqrad) () 1975: "Selinnik" (Selinoqrad) () 1994: "Sesna" (Akmola) () 1996: "Selinnik" (Akmola) () 1997: "Astana" FK () 1999: "Jenis" (Astana) () 2006: "Astana" FK () 2009: "Namis" (Astana) () 2010: "Astana-1964" FK ()

Tarixi Astananın ilk futbol klubu olan bu komanda 1964-cü ildə "Dinamo" adı altında yaradılmışdır.Rövnəq Abdullayevin dilini gödək edən klub - Yazı+Fotolar . komanda.az, 27.08.2015

Bu klub 1997-ci ildən "Astana" adı altında çıxış etməyə başlayıb.

2007-ci ildə klubda güclü maliyyə problemləri başlayır və tezliklə aşağı liqaya yuvarlanır.

Klub hazırda Qazaxıstanın birinci dəstəsində "Astana-1964" adı altında çıxış edir.

Stadionu Klub ev oyunlarını Kajimukan Munaytpasov stadionunda keçirir.

Liqa nəticələri SSRİ dövründə

Müstəqillik dövründə

Uğurları Üç dəfə Qazaxıstan çempionu olmaqla yanaşı, üç dəfə də ölkə kubokuna sahib çıxıb.

Qazaxıstan Premyer Liqası: 3 2000, 2001, 2006

Qazaxıstan Kuboku: 3 2001, 2002, 2005

Avropa səhnəsində Klub üç dəfə qatıldığı avrokuboklarda yalnız bir dəfə mərhələ keçib ki, onda da 2-ci mərhələdə "Rusenborq"a böyük hesablarla məğlub olublar (1:4, 1:7).

Mövsüm Turnir Mərhələ Rəqib ölkə Rəqib klub Nəticə2002/03UEFA Çempionlar Liqası1Q"Şerif" (Tiraspol)1-2, 3-2 (s.q.)2003/04UEFA Kuboku1Q"Viktoriya" (Jijkov)0-3, 1-32007/08UEFA Çempionlar Liqası1Q"Olimpi" (Rustavi)0-0, 3-02Q"Rusenborq" (Tronheym)1-3, 1-7 Qeyd: Ev oyunlarının nəticəsi qalın şriftlərlə göstərilib.

İstinadlar

Xarici keçidlər

Astana Legion Fan Club

Kateqoriya:Qazaxıstan futbol klubları Kateqoriya:1964-cü ildə yarananlar Kateqoriya:Astanada idman