Azər Abdulla oğlu Əhmədbəyli (Azər Abdulla) () — şair, yazıçı, publisist, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1977), filologiya elmləri namizədi (1986).

Həyatı Azər Abdulla 1940-cı il aprelin 1-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1962–1967).

Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967–1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru idi.

"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış edib.

Azər Abdulla 2021-ci il martın 20-də kəskin pnevmoniyadan vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Əsərləri Bir durna qatarıyıq. Bakı: Gənclik, 1969, 36 səh. Gedirəm gündoğana. Bakı: Gənclik, 1979, 32 səh. Səni gözləyirəm. Bakı: Gənclik, 1984, 25 səh. Bəyaz çiçəklər. Bakı: Yazıçı, 1986, 136 səh. Oyun. Bakı: Yazıçı, 1989, 141 səh. Qəmərlidən keçən qatar. Bakı: Gənclik, 1969, 216 səh. Pa de şa. Bakı: Gənclik, 2005, 210 səh. Qapıları bir-bir döydüm. Bakı: Nurlar, 2007, 96 səh. Onlar qəmli idi. Bakı: 2007, "Vektor" Nəşrlər Evi, 242 səh. Havalı sular, sevdalı sular. Bakı: 2009, "Vektor" Nəşrlər Evi, 170 səh. Kəpənək bayramı. Bakı: 2012, "MBM" nəşriyyatı, 184 səh. Azerbaycandan hikayeler.İstanbul: 2012,"Gökyüzü", Yayınları, 232 səh. Şəftəli qoxusu. Tehran: 2012, "Xudafərin", 204 səh.

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri