Pink gölü (; ) — Kanadanın Kvebek əyalətində, Qatino şəhərinin yaxınlığındakı Qatino Parkda yerləşən meromiktik tipli göl. Yay dövründə gölün səthi suda yaşayan yosunların sayına görə yaşıl görünür. İnsan fəaliyyətinə göl evtrofikasiyalaşmış və göl təhlükəli hala düşmüşdür. Qatino Park idarəsi göldə çimməyi, gölə daş atmağı, yanında ev heyvanları ilə gəzməyi qadağan edib.
Tarixi Göl adını 1826-cı ildə bu bölgədə yaşamış və ferma təsərrüfatı ilə məşğul olmuş irland ailədən almışdır.
Xüsusiyyətlər Meromiktik xüsusiyyətlərinə görə Pink gölündə qədim bakteriya formaları yaşayır. Bu bakteriya formaları fotosintez etmək üçün oksigendən deyil, kükürddən istifadə edir. Oksigenlə zəngin olmayan hissələrdə səthdən 7 metr qalınlığında bu bakteriya formalarından ibarət qat yaranmışdır.
2006-cı ildə göldə elmi işlər aparılmışdır.
Mədəniyyət Fred Varqasın "Qanı əlimdən yaxşı yu" romanında hadisələr bu göl ətrafında baş verir.
İstinadlar
Xarici keçidlər Rəsmi NCC səhifəsi Pink gölü Qalereya Şəkil bazası
Kateqoriya:Kanada gölləri