Bəhruz Vaqif oğlu Əhmədli () — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016).
Həyatı Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır.
Fəaliyyəti Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir.
Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Rejissor kimi şəhid Alı Həsənliyə ithaf olunan "Hər şey yaxşı olacaq!" filmini çəkmişdir.
Gənclərin Ümumrespublika Teatr Festivalında dəfələrlə iştirak etmiş və qalib olmuşdur.
Festivallar və mükafatlar
Gənclərin I Ümumrespublika Teatr Festivalı 2011-ci il. "O an bizim gözümüzlə" (ssenarist; II yer) "Mənim düşmən oyuncağım" (rejissor)
Gənclərin II Ümumrespublika Teatr Festivalı 2012-ci il. "Zibil düşüncə" (rejissor və ssenarist)
"Affekt" Qısa Filmlər Festivalı Ən yaxşı aktyor (I yer)
Xalq teatrları arası festival Ən yaxşı ssenarist (I yer)
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Teatr səhnəsindəki rolları
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Ölüləri qəbiristanlıqda basdırın Qaçaq 2005 Rövşən Almuradlı İsmayıl Şıxlı Dirilən adam KəndliDustaq 2006 Oruc Qurbanov Mir Cəlal Paşayev Mesenat Tələbə Bəhram Osmanov Əli Əmirli
Azərbaycan Dövlət Pantomim Teatrı Tamaşanın adı Rol Premyera Rejissor Müəllif Rəssam Musiqi tərtibatçısı Nağaraçılar Müəllim Muğam-trio "Dizlər" Tar ifaçısı Zibillik pərvanələri BomjTələbə Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə Eşq UlduzVərəq Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə(Uilyam Şekspirin sonetləri əsasında) Maska Kvadrat Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə Leyli və Məcnun Məcnun Dulusçu MimGürcü 2002 Bəxtiyar Xanızadə Üzeyir HacıbəyovBəxtiyar Xanızadə Manqurt Manqurt 5 oktyabr 2013 Ceyhun Dadaşov Çingiz Aytmatov Çərçivə Torpaq 21 iyul 2009 Əflatun Abdullayev Əflatun Abdullayev Qaranlıq Korlar Kor Dejavü Ər (Səbinə Hacıyeva ilə birgə) Səbinə Hacıyeva Məlikməmməd Div 4 aprel 2008 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə(Azərbaycan xalq nağılı əsasında) Tıq-tıq xanım Tülkü 26 dekabr 2010 Nargilə Qəribova Abdulla Şaiq Balaca şahzadə Qızılgül Bəxtiyar Xanızadə Antuan de Sent-Ekzüperi Unutmayaq erməni komandiri 14 aprel 2012 Bəxtiyar Xanızadə Fəlakət və insan No comment 14 iyun 2012(Bəxtiyar Xanızadə vəƏflatun Abdullayevlə birgə) Bəxtiyar Xanızadə Ora-bura Kloun Zır-zır 15 mart 2014 Son ştrix Qoca kloun 6 dekabr 2014(Bəxtiyar Xanızadə ilə birgə)(Bəxtiyar Xanızadə ilə birgə) Hamlet Laert 5 iyun 2015 Bəxtiyar Xanızadə Uilyam Şekspir Adajio 1 iyul 2016 Bəxtiyar XanızadəNargilə Qəribova Bəxtiyar Xanızadə Ağ bığlılar 8 oktyabr 2016 Nurlan Rüstəmov Underground 12 noyabr 2016 Nurlan RüstəmovSolmaz Bədəlova İt gəzdirən xanım 18 iyun 2017 Leyla Atayeva Anton Çexov Bədbəxtlik ər 24 iyun 2017 Nuridə Musabəyli Anton Çexov 6+1 nömrəli palata 2 dekabr 2017 Xocalı - bu olub 2019 Bəxtiyar Xanızadə İblis 2022 Hüseyn Cavid
Azərbaycan Teatr Xadimləri İttifaqı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Qaçaq qocalar Yusif 2015 Nofəl Vəliyev Elçin Hüseynbəyli
Filmoqrafiya
Bədii filmlər Günaydın, mələyim! (film, 2008) Cavad xan (film, 2009) Sonuncu dərviş (film, 2009) Vəkil hanı? (film, 2011) Çölçü (film, 2012) Dərvişin qeydləri (film, 2013) Bakı, mən səni sevirəm (film, 2015) Yarımçıq xatirələr (film, 2015) Əli və Nino (film, 2015) Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film) Müqəssir (film, 2016) Bir zamanlar Şəkidə (film, 2017) () rol: Fuad Xülya (film, 2017) Titrəmə (film, 2020) Bəlkə də... (film, 2025)
Seriallar Həyat varsa... (serial, 2012-2014) Aydın (serial, 2013) İzi itməyən cinayətlər (serial, 2015) ("Vəsiyyətnamə" bölümü) Xosrov və Şirin (serial, 2021)
Sənədli-bədii filmlər İnci taleyi (film, 2012) Sirli bənövşə (film, 2013) Lend-Liz Son iclas (film, 2018) Azərbaycan Atabəyləri (film, 2024)
Kliplər Sarı gəlin (ifa: Abbas Bağırov) Dünya qəmli nağıl imiş (ifa: Vasif Məhərrəmli) Vurulmuşam (ifa: Mələkxanım Əyyubova) Lay-lay (ifa: Xumar Qədimova) Karuzo (ifa: Şahin İsmayılov) Sevəsən məni (ifa: Sevinc) Олы Юлнын Тузаны (; ) (ifa: Alsu) Я хочу целовать тебя миллиард раз (ifa: Ələsgər Əliyev)
Reklamlar Akkord Hunday Bakcell Final çay Zalotoy sad
İstinadlar
Mənbə "Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42-43.
Xarici keçidlər Azərbaycan Gənclər Teatr Festivalı 2011 - İştirakçıların xatirələri Gənclərin Ümumrespublika Teatr Festivalı Komandalar Bəhruz Əhmədli. Kinoafişa Elmin Nuri. “Günah bu cür filmləri öz kinoteatrlarına buraxanlardadır” Pantomima Teatrı Gürcüstanda keçiriləcək festivalda iştirak edəcək "Последний штрих" азербайджанского театра в Грузии MAG. "Mən aktyoram". Bəhruz Vaqifoğlu
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları