Gülbahar Xatun () — 7. Osmanlı padşahı Fateh Sultan Mehmedin xanımlarından biri, II Bəyazidin anası, Validə xatundur.A.D. Alderson, Osmanlı Hanedanının Yapısı, Çev. Şefaettin Severcan, İstanbul, 1998, s. 47 Eyni illərdə yaşayan gəlini Əminə Gülbahar Xatunla qarışdırılmaması üçün I Gülbahar Xatun olaraq anılır.

Həyatı

İlk illəri Doğum tarixi və əsli haqqında yetərli məlumat yoxdur. Saraya necə alındığı bilinməsə də, Fateh Sultan Mehmedin ilk səltənətinin ardından Manisaya çəkildiyi dövrdə 1446-cı ildə təqdim edildiyi bilinir.Betül İpşirli Argıt, Hayatlarının Çeşitli Safhalarında Harem-i Hümayun Cariyeleri 18.yüzyıl, İstanbul, Nisan 2017 Əslən hardan olması bilinməsə də, alban, serb və ya fransız olmasıyla bağlı iddialar mövcuddur.Franz Babinger, Fatih Sultan Mehmed ve Zamanı, Çev. Dost Körpe, İstanbul, 2010, s. 62Feridun M. Emecen, “Gülbahar Hatun”, TDVİA, C. 14, İstanbul, 1996, s. 230 1468-ci ilə aid alqı-satqıyla bağlı bir məhkəmə sənədində adı "Gülbahar Xatun binti Abdullah" olaraq adının keçməsi onun cariyə kökənli olduğunu bir daha sübut edir.M. Tayyib Gökbilgin, XV. Ve XVI. Asırlarda Edirne ve Paşa Livası-Vakıflar- Mülkler- Mukataalar, İstanbul, 2007, s. 320.M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, İstanbul, Nisan 2012, s. 38

1448-ci ildə ilk övladı Şahzadə Bəyazidi dünyaya gətirən Gülbahar Xatunun qızı Gövhər Sultanın doğum tarixi dəqiq deyil.Hoca Sadettin Efendi, Tacü‟t-Tevarih, C. II, Ankara, 1999, s. 234-235İdris-i Bitlisî, Heşt Behişt- VII. Ketîbe- Fatih Sultan Mehmed Devri- 1451-1481, s. 84-85 Bununla yanaşı Gülbar Xatunun oğluyla birlikdə 1455-ci ildə Amasya sancaqbəyliyinə göndərildiyini nəzərə alaraq, qızını bu tarixdən öncə dünyaya gətirdiyini demək mümkündür. Oğlu Şahzadə Bəyazidin 1455-ci ildə hələ 7 yaşında ikən Amasya sancaqbəyi təyin edilərək göndərilməsinin ardından Gülbahar Xatun da onunla birlikdə paytaxtdan ayrıldı və qısa ziyarətlər istisna olmaqla, oğlunun taxta çıxacağı 1481-ci ilədək orada yaşadı.Leslie P. Peirce, Harem-i Hümayun Osmanlı İmparatorluğu‘nda Hükümdarlık ve Kadınlar, Çev. Ayşe Berktay, İstanbul, Mart 2016, s. 30

1457-ci ildə oğluyla birlikdə Ədirnəyə çağırıldı və keçirilən möhtəşəm mərasimlə oğlu Şahzadə Bəyazid və padşahın Gülşah Xatundan doğulan oğlu Şahzadə Mustafa sünnət edildi.A.D. Alderson, Osmanlı Hanedanının Yapısı, Çev. Şefaettin Severcan, İstanbul, 1998, s. 47 Mərasimin ardından bir müddət Ədirnədə qalan Gülbahar Xatun oğlunun səhhətinin düzəlməsinin ardından yendən onunla birlikdə Amasyaya yollandı. Burada yaşadığı dövrdə əri Fateh Sultan Mehmed tərəfindən bölgədəki bir çox kəndin gəlirləri ona hədiyyə edildi. Bunların bir qismini 1474-cü ildə Amasyadakı Əndərun məscidinin ehtiyaclarının qarşılanması üçün vəqf etmişdir.Abdi-zâde Hüseyin Hüsameddin, Amasya Tarihi, C. I, Sad. Ali Yılmaz- Mehmet Akkuş, Ankara, 1986, s. 97-99 thumb|Dəfn ediliyi Gülbahar Xatun türbəsi, Fateh məscidi Bu illər ərzində qızı Gövhər Sultan anası və qardaşıyla birlikdə Amasyada yaşasa da, 1474-cü ildə İstanbula gətirildi. Atasının istəyilə Ağqoyunlu sultanı Uzun Həsənin oğlu və o əsnada Osmanlılara sığınan Uğurlu Məhəmmədlə evləndirildi.M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, İstanbul, Nisan 2012, s. 38

Validə Xatun illəri Fateh Sultan Mehmedin ölümünün ardından, oğlu Şahzadə Bəyazidin 22 may 1481-ci ildə taxta çıxması ilə Gülbahar Xatunun saray içərisindəki nüfuzu daha da artdı. XV əsrin ikinci yarısında hərəmxananın Topqapı sarayına köçürülmədiyini nəzərə alaraq, Gülbahar Xatunun Amasyadan birbaşa İstanbuldakı Köhnə saraya gətirildiyi və qalan ömrünü burada yaşadığını demək mümkündür.Zeynep Tarım Ertuğ, “Topkapı Sarayı”, TDVİA, C. 41, İstanbul, 2012, s. 256 Validə sultan ünvanı hələ tam olaraq təsis olunmadığı üçün Validə Xatun ünvanı ilə anılan Gülbahar Xatunun oğlunun icazə verdiyi zamanlarda Topqapı sarayını ziyarət etdiyi, bir çox hallarda isə oğlunun Köhnə saraya gələrək burada yaşayan anasına və digər hərəm nümayəndələrinə baş çəkdiyi bilinir.B. İpşirli Argıt, Hayatlarının Çeşitli Safhalarında Harem-i Hümayun Cariyeleri 18.yüzyıl, s. 28 left|thumb|234x234px|Türbə daxilindəki məzarı Oğluna ünvanladığı bəzi məktubları günümüzədək qorunub saxlanılan Gülbahar Xatunun dövlət idarəsinə nə dərəcədə müdaxilə etdiyi bilinməsə də, bir çox məqamlarda oğluna məsəhət verdiyi bilinir. Yazdığı məktubların birində Xızır bəyin oğlu Mehmed Paşanın və lələ Ayaz Paşanın vəzirliyə yüksəldilməsinin düzgün bir qərar olduğunu bildirən Gülbahar Xatun, yenə eyni məktubunda Herseqli Əhməd Paşanın sədarətə gətirilməsini kəskin şəkildə tənqid etmiş, yeniçərilər tərəfindən sevilməyən paşanın İstanbuldan uzaq bir əyalətə təyin olunmasını tövsiyə etmişdir.Uluçay, M. Çağatay (2012). Haremden Mektuplar, 3. Basım, Ötüken NeĢriyat, Ġstanbul

Oğlu Sultan Bəyazidin əmirylə 1485-ci ildə Gülbahar Xatun adına Tokatda məscid, mədrəsə və imarətdən ibarət bir külliyə inşa edilmişdir. Bunlardan mədrəsə və imarət binası günümüzə gəlib çatmamışdır. Xatuniyyə məscidi və ya Meydan məscidi olaraq anılan məscid isə hal-hazırda da fəaliyyətini davam etdirməkdədir.Ahmet Vefa Çobanoğlu, “Meydan Camii”, TDVİA, C. 29, Ankara, 2004, s. 499 1492-ci ildəki ölümünün ardından oğlu Sultan Bəyazid tərəfindən bu külliyəyə külli miqdarda gəliri olan vəqf torpaqları təsis edilmişdir.

Oğlunun taxta çıxması ilə 11 ilə yaxın Validə Xatun ünvanıyla sarayda nüfuz sahibi olan Gülbahar Xatun 1492-ci ildə İstanbuldakı Köhnə sarayda vəfat etdi.Sakaoğlu, Necdet, (2011). Bu Mülkün Kadın Sultanları-Vâlide Sultanlar-Hâtunlar-Hasekiler-Kadınefendiler-Sultanefendiler, 4. Baskı, Oğlak Yayıncılık, İstanbul Cənazəsi oğlunun əmriylə Fateh məscidinə - atasının türbəsinin yaxınlığına dəfn olundu. Daha sonra məzarı üzərinə Gülbahar Xatun türbəsi inşa edilmişdir. İstanbulda adına türbə inşa olunan ilk qadın kimi tarixə düşmüşdür. Türbədə özüylə yanaşı, qızı Gövhər Sultanın və adı bilinməyən 2 saraylı xanımın məzarı yerləşir.Mehmed Süreyya, Sicill-i Osmanî, C. I, Eski Yazıdan Ak. Seyit Ali Kahraman, İstanbul, Nisan 1996, s. 15.

İstinadlar

Mənbə

II. Bayezid'in ailesi ve Gülruh Hatun. Zehra Kandal. Yüksek Lisans Tezi. Denizli 2021.

Həmçinin bax Validə sultan Osmanlı sultanlarının analarının siyahısı

Kateqoriya:Validə sultanlar Kateqoriya:Osmanlı sultanlarının anaları Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Osmanlı sultanlarının xanımları Kateqoriya:II Mehmed