Güştəsbi və ya Güştəsfi (Marko Polonun xəritəsində GostazzM.M. J. A.Buchon et J. Tostu - Notice d,un atlas en langue Catalane... (Notices et extraits des Manuscrits de la Bibliotheque du Roi. elc). t.XIV. Paris. 1841, 3 кapтa, c.l 18.) — Şirvanşahlar dövlətinin vilayəti.
Tarixi Şirvanşahlar Dövlətinin XXV hökmdarı Gərşəsibin adını Kür və Araz çayları arasında yerləşən və Xəzər dənizinin sahillərinə qədər uzanan Güştəsbi (Güştəsfi) vilayətinin adı ilə bağlayırlar.Шapaф-xaн Бидлиcи, т.II, M., 1976, c.82Aмин Axмeд ap- Paзи. Xaфт иклим. HAИИ AH Aзepб. CCP, Д.№2175, c.390Hadi Həsən. Fələki Şirvani, s.17aн-Hacaви, c.222Həmdullah Qəzvini. Nüzhət əl-qülub, h.I, s.92, h.II, s.94.
Gərşəsibin oğlu Cəlaləddin Sultanşah Güştəsfinin (indiki Beyləqan və Cəlilabad) hakimi təyin edilmişdir.V. Minorski, Şirvan və Dərbənd tarixi, səh. 136
Şərəf əl-Mülk Gərşəsibin digər oğlu Şirvanşah III Fəribürzün əlindən Güştəsbi şəhərini aldı.Ən-Nəsəvi, s.193-226.
XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir.
İstinadlar
Ədəbiyyat Sara Aşurbəyli, Şirvanşahlar dövləti, Bakı, 2006
Kateqoriya:Şirvanşahlar dövləti