Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə () — Azərbaycan bəstəkarı. Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır.
Həyatı Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941–1942 Ü. Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (1941–1942 Ü. Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.
1939–1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941–1942-ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.
14 oktyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.
Ailəsi Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır.
400px|thumb|Ərtoğul Cavidin 1943-cü ildə Naxçıvanda dəfn mərasimi
İstinadlar
Ədəbiyyat Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. 12 cilddə, X c., Bakı: Çaşıoğlu, 2011, 304 s.
Xarici keçidlər Ərtoğrul Cavid Iki Miniatür. Meşədə Ərtoğrul Cavid, two miniatures Kateqoriya:Rasizadələr Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Vərəm xəstəliyindən ölənlər Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:Məzarı köçürülənlər