Todur Zanet (, ) — tanınmış qaqauz şairi, dramaturqu və ictimai xadimiƏfsanə Bayramqızı. Qaqauz şairinin "Ana dilim" adlı kitabı Bakıda nəşr edilib . "Xalq qəzeti", 08.06.2010

Həyatı 14 iyun 1958-ci ildə Moldovada – Qaqauziyanın Konqaz kəndində anadan olmuşdur.

1965–1975-ci illərdə Konqaz orta məktəbində, 1976–1981-ci illərdə Kişinyov Politexnik İnstitutunda oxumuşdur.Ramiz Əsgər. "Əbədi yaşasın millətim" . "Xalq Cəbhəsi" qəzeti. 18 may 2010, səh. 14, anl.az

1985–1987-ci illərdə Moldovanın KP MK yanında olan Marksizm-Leninizm Universitetində təhsil almışdır.

"Ana sözü"

Uzun müddət mətbuatda çalışmış, hətta ilk qaqauz qəzeti olan "Ana sözü" onun əməyi sayəsində işıq üzü görmüşdür. Belə ki, o, 1986–1990-cı illərdə "Bucağın dalğasında" adlı kanalda redaktor işləmiş, qaqauz dilində TV və radio verilişləri hazırlamışdır. 1988–1994-cü illərdə ilk qaqauz qəzeti "Ana sözü"nü çıxarmışdır. 1999-cu ildən bu günədək həmin qəzetin və "Kırlanğac" () jurnalının baş redaktorudur.

1989-cu ildən SSRİ Jurnalistlər İttifaqı və Moldova Jurnalistlər Birliyinin, 1990-cı ildən SSRİ Yazıçılar İttifaqı və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.

Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımları ataraq əvvəlcə "Ana sözü"nün səhifələrində alışdırma yazıları verib, 1993-cü ilin sentyabr ayının 25-dən etibarən qəzetini bütünlüklə latın qrafikasında çıxarmağa başladı.

1991–1993-cü illərdə Todur Zanet Kişinyov İncəsənət İnstitutunda qaqauz aktyorlarına qaqauz dilində dərs deyib. Həmin illərdə Jan Rassinin "Bəyazid" mənzum pyesini, E. Georgitanın "İki gəlinli qaynana", M. Baciyevin "Şənbə axşamı" əsərlərini qaqauz dilinə tərcümə edib. Bu pyeslər onun tələbələri tərəfindən tamaşaya qoyulub.

Qaqauz Milli Himni

Todur Zanet eyni zamanda Qaqauz Milli Himninin müəllifidir. Onun yazdığı Himn Qaqauz Xalq Konqresi tərəfindən 22 iyul 1990-cı ildə Qaqauz Respublikasının himni olaraq 411 səslə qəbul edilmişdir.

Yaradıcılığı

Poeziya Şairin nəşr olunan şeir kitabları onu çağdaş qaqauz ədəbiyyatının ən məşhur simalarından biri kimi tanıtmışdır. O, "Mali" adlı ilk şeirini 1977-ci ildə yazmışdır. Onun "Gun aydın, evim!" (1989, 1990), "Qarışqalıq" (1989), "Axardı batıya gunəş" (1993), "Qıcırdayar qafamın çarxları" (1993), "Axar ulduz" (1998) kitabları oxucular arasında çox populyardır. Uşaqlar üçün qələmə aldığı "Bocəcik" (1991) kitabı isə Moldova Təhsil və Elm Nazirliyi tərəfindən uşaq bağçaları və ibtidai siniflər üçün vəsait olaraq qəbul edilmişdir.

Todur Zanetin bədii yaradıcılığı, xüsusilə poeziyası zəngin və çoxşaxəlidir. Mövzu baxımından onun şeirlərini iki əsas qrupda toplamaq mümkündür: sosial-siyasi məzmunlu şeirlər. məhəbbət lirikası.

İlk qrupa daxil olan əsərlərində şair doğma xalqının şərəfli və keşməkeşli tarixini, onun yaşadığı faciə və fəlakətləri, xoşbəxt həyat və azadlıq uğrunda mübarizəsini, verdiyi qurbanları vətəndaş qeyrəti və yanğısı ilə təsvir edir, qaqauzların gələcəyi, dili, mədəniyyəti ilə bağlı düşüncə, əndişə və arzularını dilə gətirir, hamını birliyə, həmrəyliyə səsləyir. Bu baxımdan onun "Qaqauzluq yox olmaz!", "Bozqurd haqqında nəğmələr", "Kiminmiş bu torpaq", "Yaşa, xalqım", "Ana dilim", "Ayrılma dilindən, xalqım", "Mən bilirəm" və s. şeirləri diqqəti xüsusilə cəlb edir.

Todur Zanetin poeziyasına xas olan bir cəhət də ondan ibarətdir ki, o, qafiyədən az istifadə edir, cinas işlətmir.QAQAUZ ŞAİRİNİN "ANA DİLİM" KİTABI AZƏRBAYCAN DİLİNDƏ NƏŞR OLUNMUŞDUR . azertag.az, 13.03.2010 Bu, bir tərəfdən çağdaş qaqauz poeziyasının inkişaf meyilləri ilə əlaqədardırsa, digər tərəfdən onun Avropa və türk şeiri ilə bağlılığının məhsuludur.

Todur Zanetin bir çox şeirinə musiqi bəstələnib. Onların əksəriyyəti xalq mahnısına çevrilib: "Şən oynar qaqauzlar", "Yaşa, xalqım!", "Vətən", "Sən Cadır, gozəl Cadır", "Sənə sevdam" və s.

Dramaturgiya O, öz qələmini dramaturgiya sahəsində sınamış və iki pyes yazmışdır: "Aclıq qurbanları" (1998) "Sehrli mağaza" (2004).

Bu əsərlər Mixail Cakır adına Qaqauz Milli Teatrı tərəfindən səhnələşdirilmişdir.

Ədibin "Aclıq qurbanları" adlı pyesi rumın dilinə çevrilib və 2006-cı ildə "Viağa Besarabiei" jurnalında yayılıb.

Mükafatları Dramaturgiya sahəsində xidmətlərinə görə Todur Zanetə 2006-cı ildə Kişinyevdə keçirilən Uluslararası kitab sərgisinin və Moldova Milli Kitabxanasının diplomu verilmişdir. 2000-ci və 2009-cu illərdə qaqauzluq qarşısında xidmətlərinə və qaqauz dovlətinin qurulması uğrunda coşğun fəaliyyətinə görə Qaqauziyanın medalları ilə təltif edilib. 2003-cü ilin may ayında ədəbiyyat və jurnalistika sahəsində fəaliyyətinə görə Todur Zanetə Amerika Birləşmiş Ştatlarının Kentukki ştatının Louisville şəhərinin fəxri vətəndaşı adı verilib. 2007-ci ildə KIBATEK ədəbiyyat ödülünə layiq görülüb.

Həmçinin bax Ana sözü (qəzet)

İstinadlar

Xarici keçidlər anasozu.com

Kateqoriya:Qaqauz şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Moldova şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Moldova yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Moldova dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Moldova jurnalistləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Moldova publisistləri Kateqoriya:XX əsr publisistləri Kateqoriya:XXI əsr publisistləri Kateqoriya:Moldova tərcüməçiləri Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:Moldova Dövlət Universitetinin məzunları Kateqoriya:Moldova qəzet redaktorları Kateqoriya:Türk dilində yazan şairlər Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Qəzet redaktorları