Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; ) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989–1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991–1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, "Telebenefis" və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997–1998). 168 saat qəzeti redaksiyasında redaktor (1998–2000), "Bizim əsr" qəzetində müxbir (2000–2002) işləmişdir.
Uşaq yaşlarından bədii yaradıcılığa həvəs göstərmişdir. İlk mətbu yazısı Azərbaycan pioneri qəzetində çıxmışdır (1981). Bundan sonra dövri mətbuatda və almanaxlarda hekayə, novella və məqalələrlə çıxış etmişdir.
"Duman" hekayə və novellalar, "Çuğullar" və Sankt-Peterburqda rus dilində dərc edilmiş "Mən məşuqam" romanlarının müəllifidir. Ədəbiyyat üzrə Prezident təqaüdçüsüdür. 2016-cı ildə Azərbaycanda keçirilən hekayə yarışmasına qatılıb, münsiflər heyətinin yekdil qərarına əsasən 400 nəfər arasından 1-ci yerə layiq görülüb. "Hamilə dəli" hekayəsi MDB ölkələri üzrə keçirilən "Sodrujestva" ədəbiyyat müsabiqəsində 2-ci yer tutub. Hekayə, novella və publisistik məqalələri Yaponiya, İran, Rusiya, Qazaxıstan, Ukrayna, Polşa, Çexiya və Macarıstanın ədəbi portallarında dərc edilib.
thumb|Azər Qismətin "İlbizlər" kitabının təqdimatından. 29 dekabr 2021-ci il.
Xidmətlərinə görə "İlin debütant yazarı" diplomuna və bir sıra fəxri tərifnamələrə layiq görülmüşdür.
ANS-media və yayım şirkətində Xəbərçi və İç xəbər verilişlərinin aparıcısı olub. Hazırda AzTV-nin Ədəbi-dram üzrə baş redaktorudur.
Filmoqrafiya Kənd saatı (veriliş, 2007)
Mükafatları "Tərəqqi" medalı — 21.07.2025 2017-ci ildə Azərbaycanda keçirilən hekayə müsabiqəsində "Hamilə dəli" hekayəsi ilə 1-ci yerə layiq görülüb. MDB ölkələri üzrə hekayə müsabiqəsində gümüş medala layiq görülüb.
İstinadlar
Xarici keçidlər
Azər Qismətin Facebook profili
Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Sabirabad rayonunda doğulanlar Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Sabirabadda doğulanlar