Fris Haber (, 9 dekabr 1868, Breslau — 29 yanvar 1934, Bazel) — yəhudi əsilli alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1918).

Fris Haber 1911-ci ilə qədər Karl Boş ilə birlikdə işləyərək,araşdırmaları nəticəsində Haber-Bosch nəzəriyyəsini yaradıb. İnqilab sayılacaq bu kəşf sayəsində onlar birbaşa olaraq hidrogen və azotdan ammonyak sintez etməyi bacardılar. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar.

Haber, Birinci Dünya müharibəsi,xüsusilə İkinci İpr döyüşü dövründə xlor qazı və digər zəhərli qazların ixtirası və silahlanmada istifadəsi ilə bağlı apardığı ilk illərdəki fəaliyyətinə görə "kimyəvi müharibənin atası" sayılır. Erkən həyatı və təhsili Fris Haber Prussiyanın Breslau (indi Polşanın Vrotslav şəhəri) şəhərində maddi imkanları yaxşı olan yəhudi ailəsində anadan olmuşdur. Haber adını ailə bölgədə yayılmış ad idi, ailə məhz bu adı, Haberin Kempnodan olan yun alveri ilə məşğul ulu babası Pinkus Selinq Haberin şərəfinə övladlarına vermişdi. 13 mart 1812-ci ildə, Pinkus Haber də daxil olmaqla yəhudilər və ailələrinə "yerli vətəndaşlar və Prussiya vətəndaşları kimi davranılmalısı" haqqında tarixi əhəmiyyətli Prussiya fərmanı verilmişdir. Bu cür qaydalara əsasən, Haber ailəsinin üzvləri ticarət, siyasət və hüquq sahələrində uğur qazana bildilər.

Fris Haber, ailələrinin ciddi müqavimət göstərməsinə baxmayaraq evlənən ilk əmiuşağı Ziqfrid və Paula Haberin oğlu idi. Frisin atası Ziqfrid, boya piqmentleri, boyalar və əczaçılıq sahəsində öz işini qurmuş şəhərdə tanınmış tacir idi. Paula çətin hamiləlik yaşadı və Frisin doğumundan üç həftə sonra öldü,Ziqfrid məyus oldu və Frisi xalalarının himayəsinə verdi. Fris təxminən altı yaşındaykən, Ziqfrid yenidən Hedviq Hamburqer ilə evləndi. Ziqfridin ikinci həyat yoldaşından Els, Helena və Frieda adlı üç qızı var idi. Atası ilə münasibətləri bir o qədər yaxşı olmasa da,amma ögey ana və bacıları ilə münasibətləri yaxın olur.

Fris anadan olanda Habers Alman cəmiyyətinə müəyyən dərəcədə assimilyasiya oldu. Fris katolik,protestant,yəhudi tələbələrinin birlikdə təhsil aldığı Cohiyanium məktəbində oxudu. 11 yaşında protestant və yəhudi şagirdlərinin bərabər şəkildə oxuduğu sinifdə Müqəddəs Yelizaveta məktəbində təhsil aldı. Ailəsi yəhudi icmasını dəstəkləyib,yəhudi ənənələrini yerinə yetirməyi davam etdirmələrinə baxmayaraq, sinaqoqla güclü əlaqədə deyildilər. Fris Haber yəhudi kimi yox,daha çox alman kimi tanınır.

Fris Haber, 1886-cı ilin sentyabrında Breslaudakı Müqəddəs Yelizaveta liseyində imtahanlarını müvəffəqiyyətlə verdi. Atası onun boya şirkətində işləməyini arzulasa da, atasın Frisin kimya təhsili üçün Berlindəki Fridrix Vilhelm Universitetində (bu gün Berlin Humboldt Universiteti adlandırılır) Kimya İnstitutunun direktoru Avqust Vilhelm Hofmannın yanında kimya təhsili almasına icazə verdi. Haber Berlində keçirdiyi ilk qış semestrində (1886–87) uğur qazana bilmədi və 1887-ci ildə təhsilini Heydelberq Universitetində Robert Vilhelm Bunzenin yanında oxuyaraq davam etdirdi. Daha sonra Berlinə, Şarlottenburq Texniki Kollecinə (bu gün Berlin Texniki Universiteti adlanır) qayıtdı.

1889-cu ilin yayında Haber, Altıncı Sahə Topçu alayında qanunən tələb olunan bir illik könüllü xidmət etmək üçün universiteti buraxmalı oldu. Hərbi xidməti tamamlandıqdan sonra Şarlottenburqa döndü və burada Karl Teodor Liebermannın tələbəsi oldu. Haber, Liebermannın üzvi kimya mövzusunda mühazirələrindən əlavə Otto Vittin boyaların kimyəvi texnologiyasına dair mühazirələrinə də qatıldı.

Liebermann, Haberi 1891-ci ildə Ueber einige Derivate des Piperonals (Bir neçə heliotropin törəmələr) adlı tezis mövzusu üçün heliotropin ilə reaksiyalar üzərində işləməyi tapşırdı. Haber, 1891-ci ilin mayında, Şarlottenburq hələ doktorluq dərəcəsi almaq üçün akkreditasiya olunmadığından,işini Berlin Universitetinin imtahan heyətinə təqdim etdikdən sonra Fridrix Vilhelm Universitetində doktorluq dərəcəsini aldı.

Fris diplomunu aldıqdan sonra Breslauya qayıtdı və atasının kimya biznesində çalışmağa başladı. Lakin atası ilə yola getmədi. Ziqfrid əlaqələri sayəsində Frisə müxtəlif kimyəvi şirkətlərdə,təcrübə qazanması üçün praktika keçməsinə köməklik göstərdi. Bunlara Grünwald and Company (Budapeşt distilləri), Avstriyanın bir ammonyak-sodium fabriki və Feldmühle kağız və selüloz şirkətləri daxildir. Haber, bu təcrübələrə əsaslanaraq texniki proseslər haqqında daha çox məlumat əldə etməsi lazım olduğunu başa düşdü və atasını Qeorq Luncın yanında Sürixdəki Politexnik Kollecində (indiki İsveçrə Federal Texnologiya İnstitutu) təhsilini davam etdirməsinə inandıra bildi. 1892-ci ilin payızında Haber atasının şirkətində işləmək üçün yenidən Breslauya qayıtdı, lakin ata-oğul heç cürə yola gedə bilmirdi və Ziqfrid nəhayət birlikdə yaxşı çalışa bilmədiklərini qəbul etdi. Erkən karyerası Haber daha sonra akademik təyinat istədi, əvvəlcə 1892-1894-cü illər arasında Yena Universitetində Lyudviq Norrun müstəqil assistantı vəzifəsində çalışmışdır. Yenada olduğu müddətdə Haber daha yaxşı akademik və ya hərbi mövqe qazanma şansını artırmaq üçün yəhudilikdən lüteranlığa döndü. Norr, Haberi Karlsrue Texniki İnstitutunun kimya professoru, boyanın kimyəvi texnologiyası və boya sənayesi və tekstil üçün sintetik materialların araşdırılması ilə çox maraqlanan Karl Enqlerə tövsiyə etdi. Enqler Haberi 1894-cü ildə Haberə assistanlıq edən Karlsruedəki iş yoldaşı Hans Bunteyə yönləndirdi.

Bunte, Haberə karbohidrogenlərin termal parçalanmasını araşdırmasını təklif etdi. Diqqətli kəmiyyət analizləri edərək, Haber, "karbon-karbon birləşməsinin istilik sabitliyinin aromatik birləşmələrdəki karbon-hidrogen birləşməsindən daha yüksək və alifatik birləşmələrdə daha kiçikdir", deyərək karbohidrogenlərin piroliz tədqiqatında klassik nəticəni təsbit edə bildi. Bu iş, Haberin habilitasiya tezisi oldu.

Boyer texnologiyası sahəsi ilə əlaqəli tədris vəzifələrini icra edən və qazların yanması üzərində işlərini davam etdirən Haber,Bunte institutunda privatdosent olaraq təyin edildi. 1896-cı ildə universitet, boya texnologiyasındakı inkişafları öyrənmək üçün Silesiya, Saksoniya və Avstriyaya getməsində ona dəstək oldu.

1897-ci ildə Haber elektrokimyadakı inkişafları öyrənmək üçün oxşar səyahət etdi. Bir müddət ərazi ilə maraqlandı,elektrokimya və fiziki kimya mövzusunda nəzəri mühazirələr oxuyan başqa bir özəl mütəxəssis Hans Laqqin ilə işlədi. Haberin 1898-ci ildə çıxan kitabı Grundriss der technischen Elektrochemie auf theoretischer Grundlage (nəzəri əsaslara əsaslanan texniki elektrokimyanın xülasəsi) xüsusilə nitrobenzolun azaldılması ilə bağlı işləri diqqət çəkdi. Kitabın ön sözündə Haber 5 dekabr 1899-cu ildə vəfat edən Laqqinə təşəkkürünü bildirir. Haber, Leypsiqdəki Vilhelm Ostvaldın tələbəsi və daha sonra onun assistenti olan Georq Brediq də daxil olmaqla, bölgədəki digərləri ilə əməkdaşlıq etdi.

Bunte və Enqler, Haberin tədris fəaliyyətinin daha da təsdiqlənməsi üçün verilən müraciəti dəstəklədilər və 6 dekabr 1898-ci ildə, Haber, Böyük hersoq Fridrix fon Badenin əmri ilə onun Extraordinarius və dosent adına sərmayə qoyuldu.

Haber Karlsruedə olarkən müxtəlif sahələrdə çalışmış və bir çox sahələrə əhəmiyyətli töhfələr vermişdir. Boya və tekstil sahəsində,o və Fridrix Bran, Adolf Holz tərəfindən hazırlanan tekstil çap proseslərindəki addımları nəzəri olaraq izah edə bildilər. Karl Enqler ilə apardığı müzakirələr Haberi,quru və nəm otoksidləşmə arasındakı fərq, elektrokimyəvi baxımdan otoksidləşməni izah etməyə məcbur etdi. Haberin sərt cisimlərin reaksiya termodinamikasını araşdırması Faradey qanunlarının kristal duzların elektrolizinə uyğun olduğunu təsdiqlədi. Bu iş şüşə elektrod və elektrolitik potensialın ölçülməsi üçün nəzəri əsaslara gətirib çıxardı. Haberin elektrokimyəvi reduksiyanın geri dönməz və bərpa olunan formaları üzərində işi elektrokimya sahəsində klassik hesab olunur. Həm də nadir metalların passivliyini və elektrik cərəyanının metalların korroziyasına təsirlərini öyrənmişdir. Bundan əlavə, Haber ikinci Thermodynamik technischer Gasreaktionen: sieben Vorlesungen (1905) trans adlı kitabını çıxarır. Texniki qaz reaksiyalarının termodinamikası: yeddi mühazirə (1908), daha sonra kimyəvi termodinamika sahəsində "dəqiqlik və kritik fikir modeli" olaraq qəbul edildi.

1906-cı ildə Karlsrue İnstitutunun fiziki kimya kafedrasının müdiri Maks Le Blank, Leypsiq Universitetində vəzifəyə təyin olundu. Axtarış komitəsindən tövsiyələr alındıqdan sonra Badendəki Təhsil Nazirliyi, təklifi qəbul edən Fris Haberə Karlsruedə fiziki kimya üzrə tam professorluğu təklif etdi.

Nobel mükafatı 1894-1911-ci illərdə Karlsrue Texniki İnstitutunda işlədiyi müddətdə Haber və köməkçisi Robert Le Rossiqnol, yüksək temperatur və təzyiq şəraitində hidrogen və atmosfer azotundan ammonyakın katalitik əmələ gəlməsi olan Haber-Boş nəzəriyyəsini icad etdilər. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar. Bu kəşf, sistem tarazlıqda olduqda və ona təsir edən amillərdən biri dəyişdirildikdə sistemin dəyişmənin təsirini minimuma endirərək cavab verəcəyini bildirən 1884-cü ildə elan edilmiş Le Châtelier nəzəriyyəsinin birbaşa nəticəsidir. Nikel üzərində əsaslı katalizatorda ammonyakın necə ayrılacağı məlum olduğundan, Le Châtelier-in yüksək temperatur və təzyiqdə ammonyak istehsal etmək üçün reaksiyanın geri çevrilə biləcəyi nəzəriyyəsindən qaynaqlana bilər (Anri Lui Le Şatelyenin özünü sınamış olduğu, lakin texniki işçisinin oksigen qəbul etməsi ilə əlaqəli partlayış səbəbiylə özünü öldürməsindən sonra imtina etdiyi müddət).

Geniş miqyaslı ammonyak istehsalı prosesini daha da inkişaf etdirmək üçün Haber sənayeyə müraciət etdi. BASF-da Karl Boş ilə komanda halında, ticari miqdarda ammonyak istehsal etmək üçün proses uğurla genişləndirildi. Haber-Boş nəzəriyyəsi kimya sənayesində yeni mərhələ oldu. Əvvəllər məhdud təbii yataqlardan ammonyak alınmasından asılı olan gübrə və kimyəvi xammal kimi azot əsaslı məhsulların istehsalı,indi asanlıqla əldə edilə bilən, bol bir baza - atmosfer azotundan istifadə etməklə mümkün oldu. Çox az miqdarda azot əsaslı gübrə istehsal etmək bacarığı, daha çox kənd təsərrüfatı məhsullarının həcmcə böyüməsinin və milyardlarla insanın acından ölməsinin qarşısını aldı.

Ammonyak istehsalının yeni yolunun kəşfi digər iqtisadi sahələrə də təsir göstərmişdir. Çili, natrium nitrit (kaliçe) kimi təbii yataqların əsas (və demək olar ki, unikal) istehsalçısı olmuşdur. Haber prosesinin tətbiqindən sonra Çilidə təbii olaraq çıxarılan nitrit istehsalı, 1925-ci ildə 14,133 işçi tərəfindən istehsal edilən 2,5 milyon tondan 800 milyon tona düşdü və 1934-cü ildə 19 dollar / tondan satıldı.

Sintetik azot gübrəsinin illik dünya istehsalı hazırda 100 milyon tondan çoxdur. Mövcud dünya əhalisinin yarısının qida bazası Haber-Boş prosesinə əsaslanır.Albrecht, Jörg (2008) "Brot und Kriege aus der Luft" . Frankfurter Allgemeine Sonntagszeitung. p. 77 (Data from "Nature Geosience").

Haber bu işinə görə 1918-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1919-cu ildə isə mükafatı almışdır). Nobel mükafatını alarkən Haber çıxışında; "Bəlkə də bu həll son deyil. Azot bakteriyaları bizə,hələ necə təqlid edəcəyimizi bilmədiyimiz təbiətin, canlı maddə kimyasının öz inkişaf etmiş formaları ilə başa düşdüyünü və istifadə etdiyini öyrədir."