Elşad Rəhimov () — Azərbaycan kino xadimi, montaj rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016).
Həyatı Rəhimov Elşad İbrahimxəlil oğlu 11 oktyabr 1974-cü il Bakı şəhərində anadan olmuşdur. 1981–1989-cu illərdə Bakı şəhəri 20 saylı məktəbdə təhsil alıb. 1994–1999 AzTV. 1999–2001 ABA TV. 2001–2002 Rast production. 2002–2005 Space TV. 2005–2007 A.S.V.A Profi studiya. 2007–2009"Bizim Kino prodüser mərkəzi" 2009-cu ildən Azərbaycanfilm kinostudiyasında çalışır.
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya Zəvvar ORT rus (2001) Bir anın həqiqəti (film, 2003) Qraf Krestovski NTV rus (2004) Bomba (film, 2005) İnterpapa (film, 2006) Hökmdarın taleyi (film, 2008) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Kuklalar (film, 2009) Yaddaş (film, 2010) Əlavə təsir (film, 2010) İlahi məxluq (film, 2011) Dolu (film, 2012) Xoca (film, 2012) Dərvişin qeydləri (film, 2013) Qisas almadan ölmə (film, 2014) Axırıncı dayanacaq (film, 2014) Əlvida, Şmidt! (film, 2019)
İstinadlar
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar