+Ukrayna Silahlı Qüvvələri 200px|Ukrayna Silahlı Qüvvələrinin bayrağı ''200px|Ukrayna Silahlı Qüvvələrinin gerbi: Silahlı qüvvələr30px Ukrayna Quru Qoşunları30px Ukrayna Hərbi Hava Qüvvələri30px Ukrayna Hərbi Dəniz Qüvvələri 30px Ukrayna hava hücumu qoşunları 30px Ukrayna Xüsusi Əməliyyat Qüvvələri30px Ukrayna Ərazi Müdafiə Qüvvələri Müdafiə naziri Rüstəm Ümerov Baş Qərargah rəisi Aleksandr Sırski Əsgərlərin sayı 280 000 // официальный сайт министерства обороны Украины от 12 сентября 2015 Əsgərlik yaşı 18-dən "Стаття 15. Призовний вік. Призов громадян України на строкову військову службу. На строкову військову службу в мирний час призиваються придатні для цього за станом здоров'я громадяни України чоловічої статі, яким до дня відправлення у військові частини виповнилося 18 років"Закон № 2232-XII від 25.03.1992 "Про військовий обов'язок і військову службу" (ред. вiд 19.03.2015) 27-ə kimi Hərbi xidmət 12/18 ay Beynəlxalq əməkdaşlıq Hərbi büdcə 5.5 milyard $ 2015
Ukrayna Silahlı Qüvvələri () — Ukrayna dövlətinin silahlı qüvvələri. Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla bütün hərbi və təhlükəsizlik qurumları Ukrayna prezidentinə tabedir. Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Desant Qoşunlarından ibarətdir.
2014-cü ildə Rusiya ilə Ukrayna arasında baş verən hadisələrdən sonra Ukrayna özünün Silahlı Qüvvələrinin sayını 204,000 nəfərə çatdırdı ki, bu da 229,000 nəfər hərbçisi olan Fransadan sonra Avropada ən çox hərbi qulluqçusu olan ölkə deməkdir.
3 iyun 2016-cı il tarixindən etibarən qadınlar da Ukrayna Silahlı Qüvvələrində döyüş əməliyyatlarına cəlb edilir.
Büdcə 2016-cı ildə milli təhlükəsizlik və müdafiə büdcəsi 2013-cü illə müqayisədə 23%, 2005-ci illə müqayisədə 65% artaraq 5.172 milyard ABŞ $ təşkil etmişdir ki, bu da Ukrayna ÜDM-nin 5%-nə bərabərdir. 2016-cı ildə, həmçinin Silahlı Qüvvələrin modernizasiya xərcləri də 30% artmışdır.
2005: 2.7 milyard ABŞ dolları 2013: 3.6 milyard ABŞ dolları 2016: 4.4 milyard ABŞ dolları 2017: 5.1 milyard ABŞ dolları
Hərbi bayram günləri 8 iyul: Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri günü İyulun ilk bazar günü: Hərbi Dəniz Qüvvələri günü 2 avqust: Desant Qüvvələri günü 7 sentyabr: Hərbi kəşfiyyat günü 14 oktyabr: Ukraynanın müdafiəçiləri günü 29 oktyabr: Maliyyə zabitləri günü 3 noyabr: Raket və Artilleriya Qoşunları günü 3 noyabr: Mühəndislər günü 6 dekabr: Silahlı Qüvvələr günü 12 dekabr: Quru Qoşunları günü
Hərbi Sənaye Kompleksi SSRİ dağıldıqdan sonra onun hərbi sənayesinin 30%-i Ukraynaya verildi. Ukrayna hələ də raket texnologiyası, döyüş gəmiləri və sualtı gəmilər üçün naviqasiya elektronikaları, döyüş təyyarələri üçün radar istehsalına görə liderlərdən biridir.
İstinadlar
Kateqoriya:Ukrayna Silahlı Qüvvələri Kateqoriya:Ukrayna ordusu Kateqoriya:Ukrayna Müdafiə Nazirliyi