— "Seylor Mun" animesinin 5-ci mövsümündə açılış mahnısı kimi istifadə olunmuş sinql. Sözlərini manqaka Naoko Takeuçi yazmış, musiqisi Söki Araki tərəfindən bəstələnmişdir, Kae Hanazava tərəfindən isə ifa olunmuşdur. Mahnı "Bishōjo senshi Sailor Moon Sailor Stars Music Collection" albomunun bir hissəsidir.

Haqqında Əvvəlki 4 mövsümdə animenin açılış mahnısı kimi "Moonlight Densetsu" mahnısından istifadə olunsa da, 5-ci mövsümdə bu mahnıya üstünlük verilmişdir. "Seylor Mun" animesinin açılışı ilə yanaşı, sonuncu — 200-cü seriyada Seylor Mun ilə Seylor Qalaksiya arasındakı döyüşdə çalınmışdır.

Mahnının ingilis versiyası ilə yanaşı italyan versiyası da mövcuddur və "Petali di Stelle, Petali di Luna" adlanır. Lakin bu versiya animenin italyan versiyasında açılışında deyil (əvəzində "Petali di Stelle per Sailor Moon" mahnısından istifadə olunmuşdur), sadəcə 200-cü seriyada oxunmuşdur.

Seylor Mun pərəstişkarları mahnını "Makenai" adlandırmağa üstünlük verirlər. "Makenai" mahnının yapon versiyasında yer alan sözlərdən biridir.

Mahnı siyahısı

İstinadlar

Xarici keçidlər Sailor Star Song VikiMunda. Sailor Star Song Seylor Mun Vikisində.

Kateqoriya:Sailor Moon Kateqoriya:1996-cı ilin sinqlları Kateqoriya:1996-cı ilin mahnıları Kateqoriya:Yapon dilində mahnılar Kateqoriya:Anime mahnıları