Cənubi Qafqaz gürzəsi (Vipera transcaucasiana) — Əsl gürzələr cinsinə aid ilan növü. Bəzən isə buynuzlu gürzə adlandırılır.

Görünüşləri Bədən uzunluğu 84 sm təşkil edir. Yuxarı hissəsi coşqun qara rəngdə olur.

Həyat tərzi Dağ kserofit ərazilərdə, meşəliklərdə, daşlı qayalıqların yaxınlığında, gilli ərazilərdə yayıla bilirlər. Onlar hətta 1700 m yüksəkliyi olan ərazilərdə belə müşahidə edilir. Əsasən gəmiricilər və kərtənkələlərlə qidalanır.

Yumurta qoymaqla çoxalır. 4–10 yumurta qoyurlar.

Yayılması Cənubi Qafqaz gürzəsinə əsasən qərbi Azərbaycan, Gürcüstan, şərqi Türkiyə və İran ərazisində rast gəlmək olar.

Ədəbiyyat Nilson, G., Andren, C., & Flärdh, B. 1988. Die Vipern der Türkei. Salamandra 24 (4): 215–247. Словник-довідник із зоології. — К., 2002.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əsl gürzələr Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Corc Albert Bulencer tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Asiya sürünənləri