— Masamune Şinonun eyniadlı manqasının adaptasiyasısı olan tammetrajlı anime-film. Rejissor — Mamoru Oşii, ssenari müəllifi — Kazunori İto, personajların dizaynerı — Hiroyuki Okiura, bəstəkar — Kenci Kavai. Film Production I.G studiyasında çəkilib. 2004-cü ildı Innocence adlı sikvel çıxdı.

Məzmun Hekayə antiutopik gələcəydə baş tutur. 2029-cu ildə kiber-texnologiyaların və kompüter şəbəkələrinin yayınmasıyla implantatlardan geniş istifadə olunur. Lakin bu texnologiyalar "kiber beyinlərin" qırılması və onlarla bağlı digər problemləri də özləri ilə gətirdilər.

Neçə vaxtdır axtarılan Puppet Master adlı haker siyasətə qarışmağa başlayır və 9 bölmə bu işi araşdırmaq və Puppet Masteri tapmaq tapşırığlarını alır. Araşdırma zamanı insanı insan edən və insan və maşın arasında fərqin cüzi olan bu dünyada Puppet Masterin kim olduğu kimi suallar ortaya çıxır.

Rəsmi olaraqBu "GitS SAC — Special — A Prior Notice"-də açıqlanır «kabus» termini «Ghost in the Shell» kainatında intuisiya, şuur, ruh və şəxsiyyətin birgə anlayışıdır.

Mükafatlar və nominasiyalar 1996 — Sitces film festivalında ən yaxşı film nominasiyası 1996 — Yokohama kinofestivalında ən yaxşı ssenari mükafatı 1997 — Fantasporto kinofestivalında xüsusi qeydetmə 1997 — Jerarmer kinofestivalında xüsusi qeydetmə

Saundtrek Saundtrekin müəllifi məşhur yapon bəstəkar Kenci Kavaidir.

Ghost in the Shell OST:

Təsiri və tənqid Film «Matrix» trilogiyası və Ceyms Kemeronun «Qaranlıq mələyi» filmlərinə təsir göstərdi.

Liviya Monnet filmin çəkiliş üslubu və tərzinin «Ülgücün üzəri ilə qaçanı» xatırlatdığını bildirib.

İstinadlar

Keçidlər Filmin rəsmi saytı . Production I.G rəsmi saytı.

Kateqoriya:Yaponca filmlər Kateqoriya:1995-ci ilin anime filmləri Kateqoriya:Zirehdəki xəyalət anime və manqaları Kateqoriya:Bandai Visual Kateqoriya:1990-cı illərin elmi fantastika filmləri Kateqoriya:Yaponiyanın elmi fantastika filmləri Kateqoriya:Kiberpank anime və manqaları Kateqoriya:Mamoru Oşiinin filmləri Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Production I.G Kateqoriya:Production Reed Kateqoriya:Shochiku filmləri Kateqoriya:Manqalara əsaslanan anime filmləri Kateqoriya:Honkonq haqqında filmlər Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Anime filmləri Kateqoriya:Yaddaşın silinməsi və dəyişdirilməsi haqqında filmlər Kateqoriya:Böyük Britaniyanın elmi fantastika filmləri Kateqoriya:Postkiberpank