Əbu Səid əl-Həsən ibn Yəsar əl-Bəsri (; ) və ya — Tabiin nəslinə mənsub alim, ilahiyyatçı və sufi.

Bioqrafiyası Həsən əl-Bəsri 642-ci ildə Mədinə şəhərində anadan olub, 657-ci ildən Bəsrədə yaşayıb və orada da vəfat edib. O, 663–665-ci illərdə indiki Əfqanıstan ərazisində hərbi yürüşdə iştirak etmişdir. Ənəs ibn Malik və Abdullah ibn Məsuddan elm öyrənmişdir. Onun ətrafında qruplaşan dini dərnək bütün Əməvi dövlətinin və Bəsrənin intellektual həyatının mərkəzi idi. Əl-Həsən əl-Bəsrinin nüfuzu isə o qədər böyük idi ki, onu rasionalistlər, ənənəçilər və hətta sufilər də öz müəllimi kimi qəbul edirdilər.

Həsən əl-Bəsrinin qorunub saxlanmış fikirləri, onun təkcə möminliyindən deyil, həm də bəzi hədislərin şərhinə rasional yanaşmasından və müsəlman adətinin ayrı-ayrı xüsusiyyətlərindən və həmçinin də fəqihlərə tənqidi yanaşmasından xəbər verir.

Tələbələri Həsən əl-Bəsrinin tələbələrindən bəziləri bunlardır:

Əyyub əs-Sixtiyani, Qatədə ibn Diamə, Əmr ibn Ubeyd, Malik ibn Dinar, Əbdülvahid ibn Zeyd, Yunus ibn Ubeyd, Vasil ibn Ata, Həbib əl-Əcəmi.

Əsərləri 1. Risalə ilə Əbdilməlik ibn Mərvan fil-qadər. Ən məşhur risaləsidir.

2. Risalə fi fəzli Məkkə. Şəhərlərin fəziləti haqqında yazılmış ilk əsərdir.

3. ət-Təfsir. Bu əsər sonradan "Təfsirül-Həsən əl-Bəsri" adıyla nəşr olunmuşdur.

4. əl-Fəraiz (Ərbəə və xəmsun fəraiz). Müxtəlif adlarla kitabxanalarda nüsxəəri mövcuddur. "Əlli Dörd Fərz Risaləsi" adı ilə tanınır.

5. Şürutül-imamə. Bu risalənin Süleymaniyyə Kitapxanasında bir nüsxəsi saxlanılır.

6. əl-İstiğfaratül-münqizə minən-nər. Süleymaniyyə Kitapxanasında nüsxələri mövcuddur. "İstiğfarat mənsubə lil-İmam əl-Həsən əl-Bəsri" adı ilə nəşr olunmuşdur (Məkkə 1982).

7. əz-Zühd. Həsən əl-Bəsrinin ibadət, ixlas, təvəkkül, doğruluq, təvazökarlıq, qənaət kimi mövzularda söylənmiş sözlərinin toplandığı əsərdir. Bu əsərə Həsən əl-Bəsri haqqında məlumatlar da (müqəddimə şəklində) əlavə edilərək nəşr edilmişdir. (Qahirə 1991).

Həmçinin Həsən əl-Bəsrinin dövrünün alim və rəhbərlərinə ünvanladığı məktublarının cəmləndiyi "Cəmhəratu rəsailil-Ərəb" adlı əsər də nəşr edilmişdir. Həsən əl-Bəsriyə məxsus olduğu güman edilən digər risalələri bunlardır:

əl-Qiraə, Nüzulül-Quran, Kitabül-Ədəd fil-Quran, Risalə fit-təkalif və Kitabül-İxlas.

İstinadlar

Kateqoriya:Sünni imamları Kateqoriya:İslam alimləri Kateqoriya:Tabiinlər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Quran qariləri Kateqoriya:Sünnilik Kateqoriya:İran şəxsləri