Rasim Həsən oğlu Əliyev () — Azərbaycan memarı və rəssamı; Azərbaycan SSR əməkdar memarı (1979), Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü.

Həyatı Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olmuşdur. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. O, 1974-cü ildə Bakının Baş memarı təyin olunub və 14 il müddətində bu vəzifədə fəaliyyət göstərib.

18 iyul 2014-cü ildə Beynəlxalq Muğam Mərkəzində Rasim Həsən oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi memarlıq əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərlərinin sərgisi keçirilmiş, onun haqqında 2006-cı ildə çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdirilmişdir. Tədbirdə yubilyara Azərbaycan Memarlar İttifaqının diplomu təqdim edilib.

Mükafatları R.Əliyev 2000-ci il 19 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 2009-cu il 24 sentyabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə "Şərəf", 2014-cü il 16 iyul tarixində isə "İstiqlal" ordeni ilə təltif edilib.

Rasim Əliyev 13 noyabr 2021-ci ildə 87 yaşında vəfat etmişdir.

Fəaliyyəti 200px|thumbnail|right|Hüseyn Cavid məqbərəsi O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.

Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.

Həmçinin bax Akademik Həsən Əliyevin oğludur.

İstinadlar

Xarici keçidlər Səda — Memar Rasim Əliyevin doğum günüdür (16.07.2016) Memar Rasim Əliyevin kitabı təqdim edildi Kateqoriya:Əliyevlər Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycanlı memarlar Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar memarları Kateqoriya:Azərbaycanın əməkdar memarları Kateqoriya:Bakının baş memarları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:SSRİ memarları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları