() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Ölçüsü cəmi 1 sm olan kiçik kəpənəkdir. Uçuş zamanı havaya atılmış qızıl pula bənzəyir. Qanadların üst tərəfində rəngi qızılı-narıncıdır, kənarları boyunca keçən qara haşiyə ensizdir. Arxa qanadların kənarında xırda qara nöqtələrdən ibarət ikiqat xətt keçir. Arxa qanadların ucunda "quyruqcuq" yoxdur. Dişi fərdlərin qanadların üst tərəfi qara nöqtələrlə örtülmüşdür. Arxa qanadların alt tərəfi gümüşü boz rəngdə olub, gözşəkilli ləkələri bu cinsin başqa növlərinə nisbətən iridir.
Həyat tərzi Kserofil bitkilər olan dərə və yamaclar. Kəpənəklər may və iyul aylarında uçur, rütubətli dərə və yamaclara daha çox meyil edirlər. İldə iki nəsil verir. Tırtıllar iyun və avqustda turşəng () bitkisi yarpaqları ilə qidalanır. Pupları qışlayır. Təbii düşmən və xəstəlikləri müəyyən edilməmişdir. Qida rəqibləri həmin yarımfəsilənin kütləvi növləridir ().
Yayılması Kiçik Asiya, Şimali İran, Cənubi Qafqaz, Azərbaycanda Naxçıvan MR və Talış dağları (Zuvand) rast gəlinir.
Sayı R.Əffəndi tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər Yaşadığı sahələrin insanlar tərəfindən kənd təsərrüfatı məqsədilə istifadə edilməsi, çəmənliklərin mal-qara otlaqlarına çevrilməsi və ot örtüyünün müntəzəm olaraq biçilməsi tırtılların yem bazasını azalmasına səbəb olur.
Qorunması üçün qəbul olunmuş tədbirlər Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Kəpənəklərin yaşadığı ərazilərdə qorunan sahələrin yaradılması. Kəpnəklərin tutulmasinin qadağan edilməsi.
Yarımnövləri Lycaena ochimus ochimus Lycaena ochimus ocliferius Nekrutenko, 1977 Lycaena ochimus sachandensis Schurian & Hoffmann, 1982
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qızılca (kəpənək) Kateqoriya:Avrasiya həşəratları