Surxay Novruz oğlu Musayev () — professor (1992), "əməkdar həkim" (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010)

Həyatı Surxay Musayev 1951-ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur. 1967-ci ildə Samux rayon M. Ə. Sabir adına orta məktəbi bitirmişdir. Bir il sovxozda fəhlə işləmişdir.

1968-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1974–1977-ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977–1985-ci illərdə assistent, 1986–1992-ci illərdə dosent vəzifəsində işləmiş, 1992-ci ildən professor vəzifəsində işləyir.

Eyni zamanda 1974–82-ci illərdə universitet komsomol təşkilatına, 1983–88-ci illərdə universitet partiya komitəsinə, 1994–2010-cu illərdə universitet həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmişdir. 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyası müdafiə etmişdir.

150-dən çox elmi əsırin müıəllifidir. Rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmış, 4 nəfər gənc tədqiqatşı namizədlik dissertasiyası üzərində işləyir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim",2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülmüşdür.

2010-cu ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti cənab İ. Əliyevin Sərəncamı əsasında yaradılmış Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunmuşdur.

Filmoqrafiya Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)

İstinadlar

Xarici keçidlər ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR SURXAY MUSAYEV HAQDA SƏNƏDLİ XATİRƏ FİLMİ

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan Respublikasının əməkdar elm xadimləri