Məlikə ayıca () — pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü.Azərbaycan Qırmızı Kitabı. 1989
Təsviri Qanadları açılmış halda 50-54 mm-dir. Ön qanadları yaşılımtıl-qaradır, bəzən göy rəngə çalır. Üzərində 3 ədəd iri sarımtıl-ağ rəngli ləkə, 3 ədəd kiçik sarı rəngli ləkə vardır. Arxa qanadlar qırmızı rəngdədir, ön və arxa kənarlarında, o cümlədən, zirvəsində iri qara ləkələr var. Döşündə iki sarımtıl zolaq, qarıncığ arxa qanadlar kimi qırmızıdır, hər buğum üzərində üçkünc qara ləkələr birləşərək zolaq əmələ gətirmiş və qarıncığın sonuna qədər uzanmışdır. Azərbaycan Qırmızı Kitabı II Cild, Bakı, 2013
Yayılması Rusiya və Avropanın cənubu və şimalında, Qafqazda və Kiçik Asiyada rast gəlinir. Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən zonaları və Naxçıvan MR-da yayılmışdır.
Həyat tərzi Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, kolluqlar. Həyat tərzi ətraflı öyrənilməyib. Tırtılı qışlayır. Qışlamadan sonra may ayına qədər və payızda cincar, gicitkən, çiyələk, moruq, böyürtkən, yaddaşçiçəyi, həmçinin söyüd və qovaq üzərində yaşayır. Kəpənəyi iyun, iyul və avqustda uçur.Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 357.
Sayı Azsaylıdır. Quba-Xaçmaz zonasından 5 kəpənəyi tutulmuşdur.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.
İstinadlar
Ədəbiyyat Azərbaycan Qırmızı Kitabı. 1989. Azərbaycan Qırmızı Kitabı II Cild, Bakı, 2013 Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 357.
Həmçinin bax Collimorpha (cins)
Kateqoriya:Ayıcalar Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları