Tsaxia Elbeqdorj (; d. 8 mart 1963) — Monqolustan Prezidenti. 24 may 2009-cu ildə prezident seçilərində qalib gəldi. Demokratik Partiyası üzvü olaraq Monqolustan xalqının inqilabçı partiya üzvü və qərb təhsilli ilk prezidenti. Tsaxia Elbeqdorj, Monqolustan Parlamenti spikerinin köməkçisi olmaqla yanaşı, bir dəfə parlament farksiya lideri, dörd dəfə parlament üzvü və iki dəfə Monqolustan baş naziri olmuşdur.

Tsaxia Elbeqdorj Monqolustanda Demokratiya qəzetinin yaradıcısıdır. Demokratiya qəzeti ölkənin ilk müstəqil qəzeti olmaqla yanaşı ilk müstəqil televiziya kanalının yaradılmasına da kömək edib"Elbegdorj, Tsakhiagiin" Facts on File. İstifadə tarixi:2015-11-6.

Təhsili O, 1979-cu ildə səkkizillik orta məktəbi bitirdi. Daha sonra ailəsi Erdenet rayonuna köçür və o təhsilini Erdenet məktəbində davam etdirir. 1981-ci ildə məzun olur Mongolian Writers: Tsakhiagiin Elbegdorj, Galsan Tschinag, Byambyn Rinchen Memphis, TN: Books LLC. 2010 İstifadə tarixi: 2015-11-5 və 1982-ci ildə hərbi xidmətə yollanır. Orduda İnqilabçı Gənclər Birliyinin liderlərindən idi. 1988-ci ildə Monqolustan Silahlı Qüvvələrinin qəzeti olan Ulan Od-da işlədi.

1998-ci ildəki baş nazirlik vəzifəsindən sonra 2001-ci ildə Kolorado Universitetindən məzun oldu. Sonra Harvard Universitetinə daxil oldu. 2002-ci ildə Dövlət idarəçiliyi ixtisası üzrə magistr dərəcəsi aldıPage, Susan (19 January 2011). "Reagan inspired Mongolia's president to seek democracy" İstifadə tarixi:2015-11-5."Heads of State" Harvard University. İstifadə tarixi:2015-11-5

Siyasi karyerası 1990, 1992, 1996 və 2008-ci ildə parlamentdə deputat seçildi. Ölkədə insan hüquqları, demokratiya və sərbəst ticarət iqtisadiyyatını müdafiə edərək Monqolustanın yeni konstitusiyasının hazırlanmasına nail oldu. 1996-2000-ci illərdə Parlamentdə ən böyük fraksiyanın lideri idi 1998-ci ildə və 2004-2008-ci illərdə Monqolustan baş naziri vəzifəsini yerinə yetirmişdir.

İstinadlar

Kateqoriya:Monqolustan siyasətçiləri Kateqoriya:Monqolustan baş nazirləri Kateqoriya:Monqolustan prezidentləri Kateqoriya:Monqolustanın dövlət xadimləri Kateqoriya:Kolorado Universitetinin məzunları Kateqoriya:Monqolustan inqilabçıları Kateqoriya:XXI əsr siyasətçiləri