Rövnəq Həsənzadə () — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019).
Həyatı Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir.
1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Menecer Kollecinin İnşaatçı menecment ixtisasını bitirmişdir.
Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir.
Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında "Musiqi və əyləncəli proqramlar" redaksiyasının baş rejissoru vəzifəsində çalışır.
Mükafatları 2019-cu il 6 noyabr tarixində Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Filmoqrafiya Bir mahnının tarixçəsi (veriliş, 2006) Xalq Heydər söyləyəcək (mahnı)
İstinadlar
Xarici keçidlər