Uvs aymakı (; ;) Monqolustanın 21 aymakından biridir. Şimal-Qərbi Monqolustanda, Paytaxt Ulan-Batordan 1336 km məsafədə yerləşir. Aymakın mərkəzi dəniz səviyyəsindən 936 m yüksəklikdə yerləşən Ulaangom şəhəridir. Aymak, ölkənin ən böyük gölü olan Uvs gölünün adını daşıyır.
Coğrafiyası Uvs aymakında Ümumdünya mədəni irsinə daxil edilmiş Ubsunur dərəsi yerləşir. Uvs aymakı şimaldan Rusiya Federasiyası ilə (640 km), şrəqdən Zavxan aymakı ilə (340 km) həmsərhəddir. Cənubdan və qərbdən isə Xovd və Bayan-Öygil aymakları ilə (200 km) həmsərhəddir. Aymak ərazisinin 60%-i dağlıq zona, 40%-i isə Qobi yarımsəhrasının payına düşür.
Tarixi 1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü. 1933-cü ildə Dörvöd aymakının adı dəyişdirilərək Uvs qoyuldu. Əhalisi 2014-cü il əhalinin siyahıya alınmasına əsasən, Uvs aymakının əhali sayı 75 737 nəfərdir. Əhalinin 60% Dörbödlər, 15% bayadlar, 15%-i xalxalardır. Bundan başqa Tuvalar, Xotonlar və qazaxlarda əyalətdə yaşayırlarThe National Statistical Office of Mongolia, Uvs .
Rayonları thumb|right|180px|Uvs aymakının siyasi xəritəsi Uvs aymakı 19 rayondan ibarətdir. Ən çox əhalisi olan rayon aymakın mərkəzi sayılan Ulaangom rayonudur. Bu rayonun əhalisi 27 849 nəfərdir. Ən az əhalisi olan aymak isə əhalisi 1 570 nəfər olan Davst rayonudur. Rayon adı (Sum) Monqol dilində adı Əhalisinin sayı (2014)The National Statistical Office of Mongolia, www.uvs.nso.mn Baruunturuun Баруунтуруун 2 449 Böxmörön Бөхмөрөн 2 093 Davst Давст 1 570 Xovd Ховд 2 237 Xyarqas Хяргас 2 314 Malçin Малчин 2 351 Naranbulaq Наранбулаг 4 021 Ölgiy Өлгий 2 147 Ömnöqov Өмнөговь 4 192 Öndörxanqay Өндөрхангай 3 031 Sagiy Сагил 2 201 Taryalan Тариалан3 714 Tes Тэс 5 056 Sagaanxayrxan Цагаанхайрхан 2 011 Türgen Түргэн 2 018 UlaangomUlaangom rayonu Uvs aymakının mərkəzi rayonudur. Улаангом 27 849 Zavxan Завхан 1 734 Züünqov Зүүнговь 2 640 Züünxanqay Зүүнхангай 2 104
İstinadlar
Həmçinin bax
Kateqoriya:Monqolustan aymakları Kateqoriya:1931-ci ildə yaranmış dövlətlər və ərazilər