Azərbaycan–BƏƏ münasibətləri — Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanımışdır.Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri münasibətləri . mfa.gov.az, 18.09.2014

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.

right|thumb|İlham Əliyev və Məhəmməd bin Zayed Əl-Nəhyan Noyabr 2023

Fövqəladə və səlahiyyətli səfirlər İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.

Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdirAzərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli, 261-IQ nömrəli Qanunu. e-qanun.az ki, həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilmişdir.Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli, 2091 nömrəli Sərəncamı. e-qanun.az Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov, BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisidir.

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Nizami Ələkbərov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Cavanşir Paşazadə işçi qrupunun rəhbəridir.

Viza BƏƏ-yə gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlara malik Azərbaycan vətəndaşları üçün 90 günə qədər viza tələb edilmir

Mədəni əlaqələr 1991-ci ildə Əbu-Dabidə Azərbaycan mədəniyyəti sərgisi, 2005-ci ildə isə turizm sərgisi təşkil edilmişdi.Soltanova H.B., Məmmədov C.A.«Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, səh. 55

BƏƏ-nin televiziya qrupu Azərbaycana gəlmiş, ölkə barədə film çəkmiş və həmin filmi İran körfəzinin bütün ölkələrində bir neçə dəfə nümayiş etdirmişdir.

Qarabağ mövzusu BƏƏ-nin prezident sarayında və Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən hadisələri, qaçqınların vəziyyətini, erməni terrorçularının törətdikləri cinayətləri əks etdirən foto sərgilər təşkil edilmişdir.

Azərbaycanda baş verən hadisələri düzgün və olduğu kimi dünya ölkələrinə çatdırmaq məqsədilə Azərbaycana BƏƏ müxbirləri tez-tez gəlmişlər. BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda erməni faşistlərinin törətdikləri cinayətlərdən əziyyət çəkən uşaqlara, qaçqınlara və döyüş meydanlarında yaralanan əsgərlərə ərzaq, geyim və zəruri dava-dərmanlar göndərmişlər. BƏƏ-də Azərbaycan Respublikasına humanitar yardımın uzunmüddətli proqramı hazırlanmışdır.

İqtisadi əlaqələr BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi202010 706,27 29 507,51 40 213,78 202114 042,29 36 381,59 50 423,88 202271 684,5131 307,09102 991,6202374 200,2858 987,07133 187,35202457 764,1139 040,9096 805,01

Rəsmi sənədlər Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında 23 sənəd imzalanmışdır.

İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları

Həmçinin bax Azərbaycanın BƏƏ səfirliyi Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi

İstinadlar

Xarici keçidlər Azərbaycandaki BƏƏ-nin səfirliyi Rəsmi sayti BƏƏ-daki Azərbaycanin səfirliyi Rəsmi sayti