Sarıgah — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Toponim qədim türk dilində «iri, nəhəng, uca, hündür, yüksək, dik» mənasında işlənən sarı sözü ilə95, s.275 «qayalıqda, dağda təbii və ya süni oyuq, mağara» mənasında işlənən kah // kaha sözününAzərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, «Elm», 1983. s.26 birləşməsindən əmələ gəlib «böyük mağara yanında salınan kənd» mənasını ifadə edir. Deməli, toponimin ikinci komponenti gah kah sözünün fonetik variantıdır və sözdə k~g səs əvəzlənməsi baş vermişdir. Bu hadisə Azərbaycan dili üçün qanunauyğun haldır.

Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 10.V.1951-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sangyuğ qoyulmuşdur.

Əhalisi

İstinadlar

Kateqoriya:Qaraqoyunlu kəndləri Kateqoriya:Tavuş mərzinin yaşayış məntəqələri