İran memarlığı — İran mədəniyyətinin bir hissəsi.
Memarlıq tarixi Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı yaylalarda fars tayfaları köçəri həyat sürürdülər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara Bisütun qayası üzərində ən məşhur kitabə həkk etdirmişdir. Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə Təxti- Cəmşid deyirdilər.
Əhəmənilər dövründə Farsın yaşayış memarlığı lokal xarakter daşıyır. Farslılar Qədim Babilistanın və Asiriyanın mistik dinini qəbul etmədilər. Onlar atəşpərəst idilər və şərəfinə qurbangah və məbəd tikdirdikləri işığı ilahiləşdirirdilər. İmperiya güc üzərində dayanırdı və tabe edilmiş xalqların, onların ənənələrinə, ibadətlərinə, sosial quruluşuna toxunmadan planlı qarət edilməsi hesabına çiçəklənirdi.
B.e.əv. 331-ci ildə gənc makedoniya şahı İskəndər Misiri zəbt etdikdən sonra, böyük Fars şahlığı Makedoniyalı İskəndərin imperiyasının bir hissəsi olur. Persopolda Daranın sarayının xarabalıqları Haxamanişlərin dövründə Pasarqad və Persepol şəhərləri salınmışdı. Pasarqad şəhərinin tikilməsini II Kuruşun adı ilə bağlayırlar. Pasarqal haxamanişlərin müqəddəs şəhəri hesab edilirdi. Burada şahlara tacqoyma mərasimi keçirilirdi. Şəhərdə gözəl şah sarayları tikilmişdi. Onu qala divarları əhatə edirdi. Burada böyük bir sahəni tutan qülləli bina inşa edilmişdi, yan-yörəsində ibadət üçün tikintilər vardı. Bu sahəni farslar Təxti-Süleyman, qülləni isə Zendan-i Süleyman adlandırırlar. Persepol Şirazdan 50 km aralı, şimalda yerləşirdi. Şəhərinsalınması I Daranın adı ilə bağlıdır. Persepolun xarabalığı orta əsrlərdə Təxti-Cəmşid adlanırdı. Burada böyük saray dəsti yaradılmışdı. Saraylar yaşayış binalarından və ziyafət otaqlarından (apadana) ibarət idi. Sarayın özülünə 9.6 kq ağırlığında qızıl və gümüş lövhələr qoyulmuşdu. Lövhələrdə üç dildə (Elam, Babil və qədim fars) yazı həkk olunmuşdu. Divarlarda müxtəlif səhnələr (saray adamları, bac-xərac gətirən başqa xalqların nümayəndələri) təsvir olunmuşdu. Persepolda yeni il bayram şənlikləri keçirilərmiş. Ehtimala görə, yeni il bayramı martın 22-də başlarmış. 10000 nəfər adamı yerləşdirən, 62,5×62,5 m ölçüləri olan apadananın zalı hündürlüyü demək olar ki, 19m olan 30 gözəl mərmər sütuna malik idi. Onların ağac dirəklərdən əmələ gəldiyinə, sütunun hündürlüyündən 2/5 yaxın hündürlüyü və mürəkkəb profili olan kapitellərin həlli işarə edir. Möhkəm sidr tirlərindən olan örtük, sütunların enli düzülüşünə imkan verirdi.
Fars kapitelinin əsas elementi – üzərinə örtüyün tirlərinin düzüldüyü, ikiyə bölünmüş ağac tirdir (dirək). Örtüyün tirlərinin düzüldüyü, ikiyə bölünmüş ağac tir — fars kapitelinin əsas elementidir. Tir (dirək) nəticədə (protomlar) öküzlərin qatlanmış ayaqları ilə dekorativ formalarını alır, aşağı hissədə onun sütununun gövdəsi misir məbədlərinin kapitellərində olduğu kimi volyutalarla, zənglə və kampanula ilə — gövdənin cüzi yoğunlaşması ilə bəzədilirdi. Ağac sütunun altına qoyulmuş, kvadrat plitə üzərində əvvəlcə daş barabanı təşkil edən baza, sonradan mürəkkəb profilləmə əldə edir.
Urartu və Midiyadan dağlıq qala tikintisi üsulları, daşın emalı texnikası, qaya məqbərə tipləri götürülür. Babilistan və Asuriyadan farslar platformalarda şah saraylarının monumental gözəlliyini mənimsəmişdilər.
Qədim İran memarliği .(b.e.əv. III əsr – VII əsr) Makedoniyalının ölümündən sonra imperiya onun sərkərdələri arasında bölüşdürülmüşdü. Ön Asiya, b.e.əv. III əsrdə Parf şahlığını yaratmış Arşəkidilər sülaləsi tərəfindən tədricən sıxışdırılıb çıxarılan, Selevkilərin ellinist sülaləsinin banisi olan Selevkə çatdı. Parflılar özlərini Şərqdə yunan mədəniyyətinin varisləri hesab edirdilər, ancaq qədim ənənələr üzərində yaranmış yerli mədəniyyət və memarlıq yadelli təsirə güzəştə getmirdi. Iqlim, tikinti materialları və xammaldan tikinti təcrübəsi təkcə parf memarlığının məkan həllini və simasını deyil, həm də Ön Asiyanın sonrakı ilkin feodal və müsəlman dövlətlərinin memarlığını da müəyyən etdi. Farslar tərəfindən iri qurğuların örtüklərində tətbiq edilən ağac tirləri əvəz edən, günbəz və tağ konstruksiyaları geniş vüsət alır. Antik orderlər ancaq divarın dekorativ parçalanması üsulu kimi, həm də son dərəcə yenidən işlənmiş formada istifadə olunur.
Artıq parf memarlığında – öz əsasını xalq məskənlərinin kölgəlik lojiyalarından və iki möhkəm pilonlar arasında divar oyuğu şəklində xet və suriyanın monumental ön girişlərindən alan eyvan – tağla örtülmüş enli lojiya—yaranır. Daxili həyətə onun dörd tərəfi boyunca açılan eyvanlar, Şərq memarlığında geniş yayılmış planlaşdırma üsulu olur.
B.e. III əsrinin əvvəlində müasir İranın əraziləri Sasanilərin hakimiyyəti altında birləşir. Onların hakimiyyəti dövründə kərpic günbəzlərin və tağların ucaldılması təcrübəsi inkişaf etməyə davam edir. Sasani memarlığının erkən nümunələri mühəndis məslələrinin həllinə cəsarətsiz yanaşmaların sübutudur. Firuzabad sarayındakı 13 m aşırımlı günbəzlər demək olar ki, ən yuxarı hissəyə qədər dayaq divarının qalınlığından ayrılmırlar. Amma artıq burada kvadrat özüldən günbəzə – konik tağlar, tromplar arasından keçid həyata keçirilir.
Sarvistandakı saray günbəzlərin ucaldılmasının daha yüksək ustalığını nümayiş etdirir. Sasanilərin qüdrətinin ən yüksək dövründə (IV əsrin sonu) tikilmiş Ktesifondakı saray özünə 26.7m aşırımlı parabolik qübbə ilə örtülmüş taxt-tac zalını daxil edir. Yandırılmış kərpicdən geniş açılmış qübbə tağının miqyası, müxtəlif hündürlüklü 6 çıxıntılı yaruslara parçalanmış və kontrafors-yarımsütunlarla gücləndirilmiş fasad divarının xırda işlənməsi ilə qeyd olunur. Qübbə şüşə mozaika ilə bəzədilmiş, zalın divarları isə mərmərlə üzlənmişdi.
Sasani memarlığı
Səlcuqlar dövründə İranda memarlıq Ərəb Xilafətindən sonra Qərbi Asiyada yaranan geniş ərazili dövlət birləşməsi olan Səlcuq imperiyasının meydana çıxma, çiçəklənmə və nəhayət, parçalanma dövrləri Yaxın və Orta Şərqin bir çox ölkələrinin, o cümlədən İranın və Azərbaycanın tarixi taleyində mühüm yer tuturAzərbaycan tarixi, Yeddi cilddə, ikinci cild. Bakı, 1998, səh. 350. Səlcuq hakimiyyəti dövründə Yaxın və Orta Şərq ölkələrinin ictimai-iqtisadi və siyasi həyatında olduğu kimi, mədəni həyatında da böyük dəyişikliklər baş vermişdi.
Səlcuqlar dövründə İranda memarlıq və incəsənətin bir çox sahələri yüksək inkişaf etmişdi. İndi "İran" adlanan coğrafi məkanda yaşayan xalqların təqribən Səlcuqlar dövründən bu günədək əzəmətli incəsənəti qorunmaqdadır. Səlcuqlar bu xalqların incəsənət üslubunu daha geniş əraziyə yaydılar. Bu üslub yalnız Dəməşqdə və Kiçik Asiyada deyil, Afrikanın şimal bölgələrində də özünü göstərdi. Səlcuqlar dövründə incəsənət aləmində misli görünməmiş hərəkat başlandı və onun izləri monqollar dövrünə qədər davam etdi. Həmin hərəkat o dərəcədə güclü idi ki, tədqiqatçılar Səlcuq dövrünü "incəsənət aləminin mükəmməl dövrü" adlandırırlar.
Səlcuq dövrünün incəsənət əsərləri İslam incəsənəti sistemində müstəsna yer tutur. Onu XV–XVI əsrlərin İtaliya İntibahı (Renessansı) sənəti ilə müqayisə etmək olar. Bu sənət sonrakı illərdə İranda yaşayan xalqların daha sürətli mədəni yüksəlişinə müsbət təsir göstərdi.
Səlcuq sənəti Suriyadan Hindistanın şimalına qədər yayıldı. 1000–1220-ci illər arasında saxsı və metal məmulatı hazırlamaq, kitab tərtibatı, memarlıq sahəsində qazanılmış uğurlar sonrakı nəsillər üçün bir təməl və meyar olmuşdur. İncəsənət sahəsində yaranmış üslublar siyasi tarixi və perspektivi özündə birləşdirirdi. Səlcuq sənəti ilə Buhimi, Qəznəvi, Qarakitay, Xarəzmşah sənətləri elə çulğalaşıb ki, onları dövrün üslubşünaslığı baxımından 10 qrupa bölmək olar. Səlcuq üslubu onlardan biri sayılır. Qeyd etmək lazımdır ki, İslam Şərqində müştərək incəsənət üslubu Səlcuqların hakimiyyəti dövründə ən yüksək səviyyədə olmuşdur. Bu dövrdə Şərq xalqlarının siyasi vəhdəti Səlcuq imperiyası vasitəsilə yaranmışdı. Ümumiyyətlə, Səlcuq dövrünün sənət uğurları təqribən 1150-ci ildən sonra nəzərə çarpır. (Sankt — Peterburqun Ermitaj muzeyində saxlanılan, 1148-ci ildə hazırlanmış qələmdan bu müddəamızı təsdiq edir). Bu dövrdə misilsiz portretlər yaradılmış, Əbülqasim Firdovsinin "Şahnamə" poemasına müxtəlif səhnələr çəkilmiş, saray əyanları, heyvanlar, hökmdarların ov, ziyafət səhnələri sənət əsərlərində öz əksini tapmışdır.
Ərəb dilində yazılmış, nəfis şəkildə tərtib edilmiş dualar bu gün də sənət əsərləri arasında seçilməkdədir. Bu dövrdə gəc və keramika heykəltəraşlığı əski zamana nisbətən xeyli inkişaf etmişdir. Sənət əsərlərinin kəmiyyət və keyfiyyəti artmışdı. Həm sultanların, saray əyanlarının himayəsi, həm də əhalinin fəal əməyi sayəsində şəhərlər genişləndi, iqtisadiyyat inkişaf etdi. Bu incəsənət nümunələri cəmiyyətin və dövrün sənət zövqünün göstəricisi idi. Qiymətli Quran kitablarının çapı, kiçik vilayətlərdə cümə məscidlərinin olması, rəngli saxsı məmulatı, dekorativ- tətbiqi sənət əsərləri, metal və ağac məmulatı həmin dövrün kütləvi sənət əsərləri olmuşdur. Memarlıqda və keramika sənətində məhəlli (lokal) sənət məktəbləri meydana gəlmişdi. Sənət sahəsində yeni üslublar yaranmışdı. Bir cəhəti qeyd etmək lazımdır ki, təqribən son yüz ilə qədər daşınan sənət əsərlərinin xeyli qismi dünyanın bir çox ölkələrinə aparılmış və nəticədə İran araşdırıcılarının diqqətindən kənarda qalmışdır.
Səlcuqlar dövrünün sənət əsərləri elə çoxdur ki, onlar barəsində mübaliğəli şəkildə bəhs etmək olar. Səlcuqlar zamanının sənətkarları əski sənət ənənələrini nizamlayıb təkmilləşdirmişlər. Həmin dövrdə dörd eyvanlı binalar, məscidlər, məqbərələr, günbəzlər, minarələr daha çox inşa edilmişdir.
Quran kitablarının gözəl xətt ilə yazılması, Kufi xəttinin yeni üslubda inkişafı, müxtəlif xətt növlərinin qarşılıqlı təsiri, bədii metal məmulatının düzəldilməsi rəssamlıq, kitab tərtibatı nəzərdən keçirilən zamanın diqqəti cəlb edən sənət sahələri olmuşdur.
Səlcuq imperiyası XI əsrin ortalarından etibarən sabit inkişaf dövrünə qədəm qoydu. Nəticədə türklər əzəmətli dövlət orqanları təşkil etdilər, yeni həyat tərzinə keçid etdilər. Dövlətin memarlıq sənətinə diqqəti memarlığın inkişafına təkan verdi. Səlcuqların memarlıq sənəti Qəznəvilərin arxitektura ənənələrinin mükəmməl şəkli olmuşdur. Səlcuqların memarlıq üslubu Qəznəvi dövrünün memarlıq sənətindən xüsusi gözəlliyi ilə fərqlənir. Bu, özünəməxsus memarlıq üslubudur. Binaların genişliyi, müxtəlif bəzəkli heykəllərdən istifadə olunması, (binanın qarşısında və yuxarısında) bu memarlıq üslubunu başqalarından xeyli fərqləndirir. Səlcuq dövrünün binaları, divarları lövhələrlə, kaşılarla bəzədilirdi. Memarlıqda rəngli kaşılardan istifadə olunması sonrakı dövrlərdə bu sahədə inkişaf üçün bir təməl olmuşdur. Memarlıq sənəti araşdırıcılarının fikrincə, Səlcuqların memarlıq sənəti binaların tərtibatında deyil, onların formasında daha çox nəzərə çarpır. Səlcuqlar dövründə dini təyinatlı binaların (məscidlərin, məqbərələrin, günbəzli binaların) əksəriyyəti silindir, çoxbucaqlı şəklində inşa edilirdiMəhəmməd Həsən Zəki. Fünune-İran fi əsre İslami. Tehran, İqbal Nəşriyyatı, 1984, s.18–19.
Səlcuq sultanları imperiyanın bir çox şəhərlərində mədrəsələr, məktəblər təsis etdilər. Onların tədris ocaqları təsis etmək fikri tezliklə məscidlərin inşa olunması zərurətini də doğurdu. Məktəblərin dördbucaq şəklində həyəti olurdu. Həmin dövrün memarları belə qərara gəlmişdilər ki, məscidlər üçün nəzərdə tutulan binanın tavanı tağla örtülməli və məscidin həyəti olmalıdır. Memarlar həyətin hər tərəfində eyvanlar inşa etdilər və onun iki tərəfində namaz otaqları tikdilər. Buna nümunə 1135-ci ildə inşa edilmiş "Zəvvarə" adlı kiçik məscidi göstərmək olar. Bu dövrdə inşa edilmiş məscidlərin əksəriyyəti günbəzli, kvadrat şəkilli idi və bunlarda hücrələr vardı. Məscid binasını tamamlamaq üçün sonralar ona eyvanlar artırıldı. Kvadrat və günbəz şəkilli hücrələr məqbərələrdə də mövcud idi. Buna nümunə olaraq Məşhəddə, Qəzvində və Parsian yaxınlığındakı "Səng Bəst" məqbərəsini göstərmək olar.