Şıxəli Qurban oğlu Qurbanov () — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

Həyatı Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur.http://www.sherg.az/2012/07/05/get=51296

Ölümü Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.

1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar".

Mükafatları Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967 "Lenin" ordeni "İgidliyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mənbə Şixəli Qurbanovun bioqrafiyası — www.adam.az "Bu günədək onun ailəsi təqib olunur, incidilir" (Azadlıq Radiosunun Şixəli Qurbanov haqqında xüsusi reportajı)

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Voroşilov Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ şairləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Azərbaycanda qətlə yetirilənlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:SSRİ çavuşları Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları