Fearless Iranians From Hell () — 1983-cü ildə San-Antonio, Texasda qurulmuş hardkor/pank qrupu. Qrupun yaradıcısı Əmir Mamori İran İslam İnqilabından sonra ailəsi ilə San-Antonioya qaçmış cənubi azərbaycanlıdır. Qrupun mahnılarının sözləri əsasən sarkastik olub, dünyanı bir islamçının gözündən görərək nəql edir. Qrupun ilk albomu olan Die for Allah-da „Chant“ (İlahi nəğmə) mahnısının və Foolish Americans albomunda „Decade“ mahnısının sözləri Azərbaycan dilindədir.

Diskoqrafiya Fearless Iranians from Hell (Cəhənnəmdən gəlmiş qorxusuz iranlılar) (EP, 1986) Die for Allah (Allah üçün öl) (1987) Holy War (Müqəddəs müharibə) (1988) Foolish Americans (Axmaq amerikanlar) (1990) Peace Through Power (İqtidar sayəsində sülh) (EP, 2008)

Linklər MySpace səhifəsi

„Chant“ (İlahi nəğmə) mahnısı

„Decade“ (Onillik) mahnısı

İstinadlar

Kateqoriya:ABŞ musiqi qrupları Kateqoriya:1983-cü ildə yaranan musiqi qrupları