Azərbaycan–Qazaxıstan münasibətləri — Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixə malikdir.Azərbaycan — Qazaxıstan münasibətləri . aliyevheritage.org Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.

Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.

Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

1990-cı illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib.

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.Azərbaycan — Qazaxıstan münasibətləri . mfa.gov.az, 18.09.2014

Diplomatik əlaqələr thumb|İlham Əliyevin Nursultan Nazarbayevlə görüşü. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 30-da qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az

Fövqəladə və səlahiyyətli səfirlər İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.

Qazaxıstanın Azərbaycandakı səfirliyi 9 yanvar 1993-cü ildə Bakıda fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfirliyi təsis edilsə də,Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli, 259-IQ nömrəli Qanunu. e-qanun.az fəaliyyətə bundan 7 il sonra – 1 mart 2004-cü ildə başlamışdır. Bundan başqa 30 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aktau şəhərində Baş Konsulluq təsis edilmişQazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2008-ci il tarixli, 2785 nömrəli Sərəncamı. e-qanun.az və elə həmin ilin 6 sentyabr tarixindən fəaliyyətə başlamışdır.

Beynəlxalq görüşlər Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir rəsmi görüşə ev sahibliyi etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 15 sentyabr 2004-cü ildə Astanada görüşmüşdür.Azərbaycan və Ermənistan prezidentlərinin 18 ildə keçirdiyi görüşlərin siyahısı . 01.04.2016

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir."Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Hadı Rəcəbov olmuşdur."Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az 4 mart 2016-cı il tarixindən Adil Əliyev işçi qrupunun rəhbəridir.

Rəsmi sənədlər Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan hökuməti arasında 100-dən çox sənəd imzalanmışdır.

İqtisadi əlaqələr Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük və qədim tarixi var. Sovet dönəmində Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynamışlar. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər.

Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də birgə əməkdaşlıq ediblər ki, bu ənənə günümüzdə də davam edir.

2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanmışdır.

Əmtəə dövriyyəsi (min doll.) İlİxracIdxalÜmumi dövriyyəsi202025 919,70116 107,75142 027,45202139 893,9795 905,00135 798,972022104 031,35494 437,25598 468,6

Diaspora

Qazaxıstan azərbaycanlıları

Mədəni əlaqələr

Qardaşlaşmış şəhərlər Sumqayıt, Azərbaycan – Aktau, Qazaxıstan

İdman sahəsində əməkdaşlıq

Futbol qarşılaşmaları

İstinadlar

Xarici keçidlər Azərbaycandaki Qazaxıstanin səfirliyi Rəsmi sayti Qazaxıstandaki Azərbaycanin səfirliyi Rəsmi sayti İkitərəfli münasibətlər