Feysəl ibn Hüseyn əl-Haşimi (; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; ) — 1920–1921-ci ildə Suriya Ərəb Krallığının, 1921–1933-cü illərdə İraqın 1-ci kralı. 1916–1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi.

Həyatı Feysəl ibn Hüseyn, 1883Allawi, Ali A. (2014). Faisal I of Iraq. Yale University Press.-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. Birinci Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi.

1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi. Fransızlar bu zaman Livan və Suriyanı ələ keçirməkdə qərarlı olduğunu görüb fransızlarla razılaşmaq məcburiyyətində qaldı. 1920-ci ildə Şama döndü. 1920-ci ilin iyulunda Fransızlar Şamı işğal etdilər. Feysəl ölkədən ayrılmaq məcburiyyətində qaldı və ingilislərin dəvəti ilə Londona getdi.

1920-ci ilin sonlarında İngilislər İraqı işğal etmişlərdi. Ölkədə yaranan hərəkatı zəiflətmək üçün Feysəli burda qurulacaq hökumətin kralı elan etdilər. 1921-ci ilin avqust ayında Feysəl kral elan edilir. O, ağıllı siyasət yeridərək həm Ərəb milliyyətçilərinin dəstəyini, həm də İngilislərin dəstəyini özündə saxlayırdı. Bunun nəticəsində 1930-cu ildə İraq krallığı müstəqilləşdi və 1932-ci ildə Millətlər Birliyinə daxil oldu. 1933-cü ildə İsveçrənin Bern şəhərində qəflətən vəfat etdi78 years after the murder of King Faisal the First, Al Janabi, K., Iraq Law Net, Iraq Al-Qanoun . Yerinə oğlu Qazi ibn Feysəl keçdi.

Həmçinin bax Hüseyn ibn Əli əl-Haşimi Qazi ibn Əli əl-Haşimi

Mənbə King Faisal of Iraq

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İraq kralları Kateqoriya:Səudiyyə Ərəbistanında doğulanlar Kateqoriya:Ərəb üsyanı Kateqoriya:Məkkəlilər Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:İslam hökmdarları