"Qafqaz Karvansara" — Azərbaycan Respublikasının Qəbələ rayonunda yerləşən otel kompleksi.
"Qafqaz Karvansara" otel kompleksi təkcə Qəbələ rayonu deyil, bütün bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl turizm infrastrukturuna malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin may ayında başlanmış, 2013-cü ilin avqust ayında başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.İlham Əliyev Qəbələdə "Qafqaz Karvansara" otel kompleksinin açılışında iştirak etmişdir . president.az, 14.08.2013
Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır.
Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Hotelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. "Qafqaz Karvansara" otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Hoteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Kompleksin ərazisi tam abadlaşdırılmış, yaşıllıq sahəsi salınmışdır.
"Qafqaz Karvansara" hoteldə 120 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilmişdir. Gözəl dizayn və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələnin qonaqlarına yüksəksəviyyəli xidmət göstərilir. "Qafqaz Karvansara" hotelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərir, bölgənin turizm potensialını artırır.
Açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 avqust 2013-cü ildə "Qafqaz Karvansara" otel kompleksinin açılışında iştirak etmiş, kompleksin rəmzi açılışını bildirən lenti kəsmişdir.
Həmçinin bax Qafqaz Yengicə Termal Hotel və SPA Qafqaz Sport Hotel
İstinadlar
Kateqoriya:Qəbələ rayonunda turizm Kateqoriya:2013-cü ildə tikilmiş hotellər Kateqoriya:14 avqustda yarananlar Kateqoriya:Qəbələ hotelləri