Ət və sümük () - Moira Uolli Bekket tərəfindən yaradılmış ABŞ dram miniserialıdır. Serialın premyerası 8 noyabr 2015-ci ildə Amerikan kabel televiziyası olan Starz-da baş tutmuşdur. Etan Steyfel serialın xoreoqrafı və məsləhətçisi olmuşdur.

Məzmunu

Amerikan Balet Kompaniyasının banisi və bədii direktoru Pol Qreyson bu məkanı dünyanın ən nüfuzlu balet şirkətlərindən birinə çevirmək istəyir. Lakin, iş ortağı və partnyorunun ölümündən sonra depressiya yaşayan Pol gənc balerun Treylə əlaqəyə girir. Bu dövrdə Pittsburqdakı evlərindən qaçaraq Nyu-Yorka gəlmiş gənc balerina Kler işə düzəlmək üçün şirkətə müraciət edir. İlk görüşdəcə Klerin istedadını başa düşən Pol balet truppasının uğurlu gələcəyini bu gənc qız üzərində qurmağa qərar verir. Mövsümün başlamasına az qalmasına baxmayaraq, Pol artıq planlaşdırılmış cədvəldən imtina edir. “Jizel” baleti təxirə salınır. Bunun əvəzinə iki kiçik balet səhnələşdirilməsi, baş rolunu prima balerina Kira Kovalın canlandıracağı “Rubinlər” baleti və baş rolunu Kler Robbinsin canlandıracağı modern üslüublu bir baletin təqdim edilməsi qərara alınır.

Kira Koval onun yerinə hansısa gənc balerinanın baş rola seçilməsini qəbul etmək istəmir. Lakin, psixoloji vəziyyəti və ayağındakı yaralar ona özünü layiqli şəkildə göstərməyə imkan vermir. Ağrıları hiss etməmək üçün Kira müxtəlif narkotiklərdən istifadə edir. Lakin, nəhayət Klerin baletlərdən birində əsas rolu canlandırmasına razılıq verir.

Lakin, gənc balerina Klerin də ciddi psixoloji problemləri var. Belə ki, onun qardaşı ilə olan insest əlaqəsinə görə evdən qaçdığı məlum olur. Buna baxmayaraq, Kler özünə hakim ola bilmir və qardaş ilə yenidən görüşür. Klerin qardaşı Brayan onu axtarmaq üçün Nyu-Yorka gəlir. Burada o, Klerin yaşadığı evin qapıçısı Romeo ilə tanış olur. Həmin müddətdə Kler balerinalardan biri olan Dafne ilə birlikdə yerli gecə klublarından birində striptiz göstərərək pul qazanmağa başlayır. Balet truppasının çətin maddi vəziyyətində həmin gecə klubunun rəhbəri Sergey truppaya sponsorluq eləməyə razılaşır.

Həyata xüsusi baxışı olan Romeo Merqeri Vilyamsın “Yumşaq dovşan” əsəri əsasında xeyirlə-şərin, qaranlıqla zülmətin mübarizəsindən bəhs edən nağıl yazır. Kler ilə söhbət zamanı isə Romeo nağılın baş qəhrəmanı olan şahzadənin Kler olmasını, onun əjdahaya qalib gəlməli olduğunu bildirir.

Kler baş rolda çıxış edəcəyi baletin premyerasına qardaşını da dəvət edir. Yenidən Nyu-Yorka gələn Brayan bacısına aralarındakı münasibətə son qoymalı olduqlarını deyir, uzaq bir ölkəyə köçməyi planlaşdırdığını bildirir. Klerin çıxışı zamanı Romeo dəniz sahilində düşünən Brayanı boğazını kəsərək öldürür. Premyera uğurla baş tutur, Kler hər kəsi ovsunlaya bilir, “Rubinlər” baletində isə Kiranın yerinə əsas rolu Dafne ifa edir.

Rollarda Əsas

Sara Hey – Kler Robbins, mürəkkəb keçmişi və psixoloji problemləri olan istedadlı balerina. Ben Deniels – Pol Qreyson, Amerika Balet Kompaniyasının bədii direktoru və banisi. Emili Tira – Miya Bayli, Klerin otaq yoldaşı olan balerina. İrina Dvorovenko – Kira Koval, yaşlanmaqda olan və ayağındakı yaralarla mübarizə aparan prima balerina. Deymon Herriman – Romeo, Klerin kirayə qaldığı evin zirzəmisində yaşayan və qapıçı işini yerinə yetirən evsiz adam. Coş Helman – Brayan Robbins, Klerin qardaşı və keçmiş hərbi qulluqçu. Reyçel Dayana Veyner – Dafne Kensinqton, zəngin ailədən olan balerina. Tina Benko – Cessika, Amerika Balet Kompaniyasının meneceri. Saşa Radetski – Ross, truppanın əsas balerunu. Karell Vilyams – Trey, Polla romantik əlaqəsi olan balerun.

Köməkçi

Marina Benedikt – Toni Kanava, xareoqraf, Klerlə işləməsi üçün işə götürülür. Tova Feldşu – İvana, balet təlimatçısı. Con Alli – Paşa, balet kompaniyasının piano ifaçısı. Vanessa Aspillaqa – Monika, Amerika Balet Kompaniyasının menecerinin assisantı. Karlinq Talkott –Eşli.

Seriyalar Starz telekanalı serialın ilk seriyasını 2 noyabr 2015-ci ildə onlayn təqdim etmiş, qalan yeddi seriya isə 8 noyabr 2015-ci ildə təqdim olunmuşdur. {|class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:white" ! style="background:#8A4627; width:5%"|SerialdaNo. ! style="background:#8A4627; width:20%"|Ad ! style="background:#8A4627; width:17%"|Rejissor ! style="background:#8A4627; width:24%"|Ssenari ! style="background:#8A4627; width:15%"|Orijinal efir vaxtı ! style="background:#8A4627; width:11%"|ABŞ izləyiciləri(milyon)

Qəbulu Tənqidçilərin mövqeyi

“Ət və Sümük” tənqidçilərdən əsasən müsbət və ya qarışıq rəylər almışdır. Rotten Tomatoes aqqreqatorunda 60%, “təzə” bal alan serial, 35 rəy əsasında 10 xaldan 5.9 xalla qiymətləndirilmişdir. Saytın konsesusunda deyilir: “Qadın münasibətlərinin detallı təsviri və peşəkar baletin realistik təsviri “Ət və Sümük” serialını baxımlı etsə də, çatışmazlıqların olması da diqqət çəkir.” Metacriticdə 19 tənqidçinin rəyinə əsasən seriala 100 xaldan 52 xal verilir, rəylər isə “qarışıq və ya müsbət” kimi qiymətləndirilir.

Mükafatlar

2016-cı ildə serial Orijinal Uzun Forma nominasiyasında Amerika Yazıçılar Gildiyasının Mükafatına namizəd göstərilmişdir. 73-cü Qızıl Qlobus mükafatlarının təqdim edilmə mərasimində serial Televiziyada Ən Yaxşı Limitli Serial və ya Bədii Film və Televiziyada Limitli Serial və ya Bədii Filmdə Ən Yaxşı Aktrisa (Sara Hey) nominasiyalarında mükafata namizəd göstərilmişdir. Mükafatların tam siyahısı aşağıdakı cədvəldə təqdim edilir:

Mükafat və nominasiyaların siyahısıFlesh and Bone Awards , imdb.com

Mükafat Kateqoriya Ad NəticəPeyk mükafatı Ən Yaxşı Miniserial Ət və Sümük Miniserial və ya televiziya filmində Ən Yaxşı aktrisa Sara Hey Qızıl Qlobus mükafatı Ən Yaxşı Limitli serial və ya televiziya filmi Ət və Sümük Limitli serial və ya televiziya filmində ən yaxşı aktrisa Sara Hey Amerika Yazıçılar Gildiyasının Mükafatı Ən Yaxşı Orijinal Uzun Forma Ət və Sümük Tənqidçilərin seçimi televiziya mükafatı Limitli serial və ya televiziya filmində ən yaxşı aktrisa Sara Hey

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2015-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:ABŞ dram teleserialları Kateqoriya:Starz teleserialları Kateqoriya:İnsest televiziyada Kateqoriya:Balet haqqında teleseriallar Kateqoriya:İnsest haqqında filmlər Kateqoriya:Miniseriallar Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar