Roma Müasir İncəsənət Muzeyi ( — MACRO) — Romada munisipal müasir incəsənət muzeyi.
Tarixi 1990-cı ildə italyanlar dərk etdilər ki, Roma Avropada yeganə ölkə paytaxtıdır ki, orada müasir dövlət incəsənət muzeyi yoxdurТолстова А. Итальянский максимализм // Weekend. — 2010. — 9 июля.. Qərara alındı ki, bu məqsədlə iki yeni muzey (milli (MAXXI) və munisipal (MACRO)) yaradılsın. İlk olaraq 1999-cu ilin sentyabr ayında bu məqsədlə nəzərdə tutulmuş bina yenidən qurulduqdan sonra munisipal muzeyin (MACRO) 6 salonu tamaşaçıların istifadəsinə verildi. Muzeyin rəsmi açılışı 11 sentyabr 2002-ci ildə olmuşdur.
Muzeyin binası Munisipal muzeyi (MACRO (Museo d’Arte Contemporanea di Roma)) Pia qapısından bir qədər aralıda yerləşən köhnə Peroni pivə fabrikinin korpuslarında yaradılmışdır.
İstinadlar
Xarici keçidlər Официальный сайт музея MACRO
Kateqoriya:Roma muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:1999-cu ildə yaradılmış muzeylər