Ceyms Bruks () — ABŞ muralisti, abstrakt rəssamı və Loqan İncəsənət Medalı qalibi.
Həyatı və karyerası Bruks Lonq-Aylenddə Cekson Pollok və Krasner Linin dostu olmuşdur. 1947-ci ildə Bruks rəssam Şarlotta Park ilə evlənmişdir. Abstrakt ekspressionizm cərəyanının ilk nəslinə mənsub olan Ceyms Bruks "ləkələmə"dən əhəmiyyətli texnika kimi istifadə etmişdir. İncəsənət tənqidçisi Karter Ratklifə görə "Onun sənətinə yanaşması həmişə füsunkar "təsadüf"lər yaratmaqdan ibarət idi.Art International, February 1973. pp 38–39 1940-cı illərin axırlarından etibarən o əsərlərində yağlı boyaya daha az üstünlük verməyə başlamışdır, çünki kətan üzərində işləmək istəmişdir. Bu əsərləri kalliqrafiya ilə abstraktın birləşmiş ümumi şəklidir.
Bruksun abstrakt ekspressionizm cərəyanına aid əsərləri ilk dəfə 1941-ci ildə Nyu Yorkdakı Peridot qalereyasında sərgilənmişdir. Kurto İncəsənət İnstitutunda (London), Dallas İncəsənət Muzeyində (Dallas, Texas), Müasir İncəsənət Muzeyində (Nyu York), Harvard İncəsənət Muzeylərində, Vitni Amerikan İncəsənəti Muzeyində (Nyu York), Honolulu İncəsənət Muzeyində, İndiapolis İncəsənət Muzeyində (İndiapolis, İndiana), Şeldon İncəsənət Qalereyasında (Vaşinqton), Teyt Qalereyasında (London), Ualker İncəsənət Mərkəzində (Minneapolis, Minnesota) əsərləri hələ də sərgilənir. Bundan əlavə əsərləri Anita Şapolski Qalereyasında, Peridot Qalereyasında, Uaşbern Qalereyasında (hamısı Nyu York şəhərində yerləşir) nümayiş etdirilir.
Təhsili 1923–1926: Cənubi Metodit Universiteti; Dallas İncəsənət İnstitutu (Marta Simkinslə birlikdə). 1927–1930: Nyu York tələbə rəssamlar liqası, Nyu York (Kimon Nikolayds və Bordman Robinsonla birlikdə). Bruks vizual rəssam kimi də fəaliyyət göstərmişdir. thumb|right|"Rahatlıq", yağlı boya ilə, 1957-ci il, Teyt Qalereyası.
Federal İncəsənət Layihəsində iştirakı 1936-1942-ci illərdə Ceyms Bruks Federal İncəsənət Layihəsində iştirak etmiş və bu strukturlar üçün divar əsərləri hazırlamışdır: Kvins İctimai Kitabxanası (uçurulduqdan sonra, Nyu York), Terminal A, La Quardiya Hava Limanı, Flight (1980-ci ildə bərpa olunub, Nyu York) və poçt ofisi (Litl-Folls, Nyu York).
Dərs verdiyi yerlər 1947–1948: Kolumbiya Universiteti, Nyu York 1948–1955: Pratt İnstitutu 1955–1960: Yel Universiteti, Nyu-Heyven, Konnektikut 1963: Amerikan Kolleci, Roma, İtaliya 1965–1967: Yeni Kollec, Sarasota, Florida 1966: Mayami Çimərlik İncəsənət Mərkəzi, Mayami-Biç, Florida 1966–1969: Kvins Kolleci, Nyu York 1971–1972: Pensilvaniya Universiteti 1975: Kuper İttifaqı, Nyu York
İstinadlar
Ədəbiyyat
Sandler, Irving H. "James Brooks and the abstract inscape", ARTnews (New York: Art Foundation, 1963) OCLC: 54034429
Xarici keçidlər Qrinberq Van Doren Qalereyası
James Brooks: My whole tendency has been away from the fast moving line either violent or lyrical. —MOMA, Ann Tenpkin curator, AUDIO James Brooks. Qualm. 1954 Brooklyn Rail, "Unlikely Friends: James Brooks & Dan Flavin."
Kateqoriya:Sent-Luisdə doğulanlar Kateqoriya:ABŞ rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Abstrakt ekspressionist rəssamlar Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:Pensilvaniya Universitetinin müəllimləri Kateqoriya:XX əsr ABŞ rəssamları