Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti.
Ümumi məlumat Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir.
Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur.
Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa). Orta illik temperatur 0–14C, orta illik yağıntı 100–1400mm-dir.
Çayları Kürün sol qollarına (Türyançay, Əlicançay, Göyçay, Əyriçay və s.) və birbaşa Xəzər dənizinə tökülən çaylara (Samurçay, Qusarçay, Qudyalçay və s.) aiddir. Vilayətin dağ gölləri şirinsulu, düzənlik gölləri isə şorsuludur.
Böyük Qafqaz vilayətində Azərbaycanın bütün landşaftlarına rast gəlinir. Zaqatala, İlisu, İsmayıllı, Pirqulu, Altıağac və Qobustan qoruqları var.
Vilayətin daxilində aşağıdakı fiziki-coğrafi rayonlar ayrılır.
Samur-Şabran fiziki-coğrafi rayonu Qonaqkənd fiziki-coğrafi rayonu Zaqatala-Lahıc rayonu Dağlıq Şirvan (Şamaxı) rayonu Qobustan-Abşeron rayonu
Böyük Qafqazin struktur-genetik xüsusiyyətləri Böyük Qafqazın landşaftını formalaşdıran təbii və antropogen amillərin kompleks təsiri mütəxəssislər tərəfindən gəniş öyrənilmişdir. Regionun landşaftı genetik cəhətdən morfostruktur vahidləri və troposferin aşağı qatının aerodinamik şəraiti ilə sıx əlaqədədir. Böyük Qafqazın Cənub-Şərq hissəsində mövcud olan Təngi-Beşbarmaq, Qaytarqoca, Niyaldağ, Qovdağ dağ silsilələri landşaft asimmetriyası yaradan morfostrukturlardır. Bu silsilələr dağ-meşə landşaft tipinin üstünlük təşkil etdiyi sahələrdir. Məsələn, Təngi-Beşbarmaq və Qaytarqoca morfostrukturlarının şimal yamacları rütubətli hava axınlarını qəbul edərək meşə landşaftlarını, cənub yamacları isə çöl landşaftlarını formalaşdırır. Qovdağ və Niyaldağ silsilələrinin landşaft quruluşu bir-birindən kəskin fərqlənir. Qovdağ silsiləsi orta dağlıq zonanı əhatə edərək dağ-çəmən landşaftlarının üstünlüyü ilə səciyyələnir. Silsilənin cənub və şərq yamacları intensiv eroziyaya məruz qalaraq bozqır, çəmən-bozqır və meşə-kol landşaftlarını formalaşdırmışdır. Böyük Qafqazın Cənub-Şərq hissəsində landşaft komplekslərinin formalaşması təbii amillərin diferensial təsiri ilə izah olunur. Regionda Şamaxı-Qobustan uzununa morfotektonik pilləsi alçaq dağlıq-öndağlıq sahələrini əhatə edir. Bu pillənin landşaftı şimaldan-cənuba doğru tədricən dəyişərək çöl landşaftlarından yarımsəhra landşaftlarına keçid yaradir. Relyefin morfometrik elementləri landşaftların formalaşmasında mühüm rol oynayır. Böyük Qafqazın cənub yamacları rütubətli Qərb hava axınlarını qəbul etdiyinə görə burada dağ-meşə landşaftları gəniş yayılıb. Lakin Cənub-Şərq yamac daha az yağıntı aldığından yarımsəhra və quru bozqır landşaftları dominantdır.
Böyük Qafqazın cənub-şərq yamacı təbii landşaftların diferensiasiyası Cənub-Şərqi Qafqazın təbii landşaftları relyefin hündürlüyü, süxurların litoloji tərkibi, iqlim şəraiti və geomorfoloji proseslərin təsiri ilə formalaşmışdır. Ərazidə qədim geoloji dövrlərdən etibarən denudasiya və abraziya prosesləri baş vermiş, Pliosen və Dördüncü dövrdə landşaft strukturu dəyişikliklərə uğramışdır.М. А. Мюсеибов. Ландшафты Азербайджанской Республики. Баку, 2013.. Bölgənin relyefi müasir dövrdə eroziya və qravitasiya prosesləri nəticəsində formalaşmışdır. Xüsusilə, Girdimançay, Ağsuçay, Çilgilçay və digər çay hövzələrində sürüşmələr geniş yayılmışdır. Quru və yarımsəhra landşaftları iqlimin arid xüsusiyyətləri ilə bağlıdır. Palçıq vulkanları Böyük Qafqazın cənub-şərq periklinal zonasında yayılmışdır. Ərazidə denudasiya və eroziya nəticəsində bedlendlər və düzəlmə səthləri formalaşmışdır. Əsas düzəlmə səthlərinə Qovdağ-Dübrar, Çuxuryurd, Şamaxı və Qobustan səthləri daxildir. Morfostrukturların (Təngi-Beşbarmaq, Qaytarqoca, Niyaldağ, Qovdağ) landşaft xüsusiyyətləri asimmetrik quruluşa malikdir. Meşə, çöl və subalp landşaft tipləri relyef və iqlim faktorlarına uyğun olaraq formalaşmışdır. Əliyev F. Ə. Böyük Qafqazın cənub-şərq yamacında landşaftların inkişaf xüsusiyyətləri. Bakı: Elm nəşriyyatı, 2020. Cənub-Şərqi Qafqazın relyef, iqlim şəraiti süxurların litoloji tərkibi, ekzogen geomorfoloji proseslər və s. təbii landşaftların struktur ərazi differensiasiyasını yaratmış və aşağıdakı landşaft tiplərini formalaşmışdır: 1. Qayalıq subnival; 2. Dağ-çəmən; 3. Dağ-meşə; 4. Çöl; 5. Arid seyrək meşə-kol; 6. Dağ yarımsəhraları; 7. Düzənliklərin çəmən-meşə kolluqları.Б. А. Будагов. Современные естественные ландшафты Азербайджанской ССР. Баку 1988.
Böyük Qafqazın cənub-şərq hissəsi müasir landşaftlarının öyrənilməsi Bu ərazinin təbii landşaftları mürəkkəb differensiasiya xüsusiyyətlərinə malikdir. Belə ki, relyefin mütləq hündürlüyü, süxurların litoloji tərkibi, filtrasiya qabiliyyəti və iqlimin müxtəlifliyi burada aparılan tədqiqatların metod və yanaşmalarına təsir göstərmişdir. Ərazinin landşaftlarının formalaşmasında geoloji şəraitin, relyefin və iqlimin mühüm rolu olduğu vurğulanmışdır. Cənub-Şərqi Qafqazda təbii landşaftların differensiasiyası həmçinin ərazinin müasir relyefinin formalaşmasında da özünü göstərir. A. Q. İsaçenko, N. K. Kərəmov, D. A. Liliyenberq və digər alimlər bu ərazinin dağlıq hissələrindəki təbii landşaftların şaquli və üfüqi differensiasiyasını tədqiq etmişlər. Məsələn, N. K. Kərəmov Böyük Qafqazın Azərbaycan hissəsinin təbii landşaftlarını tədqiq edərək burada 5 hündürlük landşaft zonallığı tipi ayırmışdır. F. A Hüseynova isə Qobustan alçaq dağlıq ərazilərinin təbii landşaftlarını xüsusi olaraq tədqiq etmiş və həmin ərazinin landşaft sinfini mükəmməl müəyyən etmişdir. Bu prosesdə eroziya və akkumlyasiya prosesləri, həmçinin tektonik hərəkətlər və ekzogen amillər böyük əhəmiyyət kəsb etmişdir. Bütün bu amillər bir yerdə ərazinin təbii landşaftlarını müxtəlif mərhələlərdə və strukturlarda fərqləndirmişdir.
Böyük Qafqazda heyvandarlıq Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə ilaraq Böyük Qafqaz regionunda heyvandarlığın ərazi təçkili iqtisadi-coğrafi baxımdan kompleks təhlil olunmuş və müəyyən edilmişdir ki, ərazinin təbii-iqtisadi potensialından tam istifadə olunmur. Respublikada istehsal olunan ümumi məhsul istehsalının 76,2%-i bu regionun payına düşdüyü halda, burada kənd təsərrüfatı payı cəmi 10,7 % təşkil edir.
Böyük Qafqaz regionunda heyvandarlığı inkişaf etdirmək üçün kifayət qədər torpaq ehtiyatları vardır. Burada yem bazasını möhkəmləndirmək və otlaq sahələrini genişləndirməklə kənldi -fermer təsərrüfatlarında mal-qaranın baş sayını artıqmaq, heyvandarlıq təsərrüfatlarını yerli xammal ehtiyatları ilə təmin etmək lazımdır.
Regionda əhalinin ərzaq məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmək üçün bütün bölgələrdə aqrar islahatlar aparılmış və müxtəlif mülkiyyət formalarına əsaslanan yeni heyvandarlıq kompleksləri yaradılmışdır. Ölkədə və regionda həyata keçirilən aqrar islahatlar nəticəsində 2000-ci ildən başlayaraq heyvandarlığın inkişafında böhran vəziyyəti dayandıırılmış və iqtisadi artıma nail olunmuşdur. Hazırda respublikada olan iri buynuzlu mal-qaranın 19,8 %-i, xırda buynuzlu mal-qaranın 20,9%-i, donuzların 47,2%-i, ev quşlarının 24,9 %-i Böyük Qafqaz regionunda cəmlənmişdir ki, bu da ətin 21,9%-i, südün 20,2%-i, kərə yağının 23,1 %-i, yumurtanın 25,1%-i deməkdir.
Böyük Qafqaz regionunda mal-qaranın cinsi tərkibini yaxşılaşdırmaq məqsədilə ölkəyə 6022 baş holştin-fliz, 1646 baş simmental, 380 baş şvis, 324 baş şarole və 25 baş Aberdin-anqus kimi yeni cins düyələr gətirilmiş, lakin ümimi tələbat tam ğdənilməmişdir. Problümi aradan qaldırmaq üçün ilk dəəfə olaraq Böyük Qafqaz regionunun iqtisadi və təbii-coğrafi şəraiti elmi baxımdan araşdırılmış, yeni yaradılmış aqrar sənaye müəssisələrinin imkanları və gələcək inkişaf istiqamətləri müəyyən edilmiş "Böyük Qafqaz regionunda heyvandarlıq məhsullarının (ət, süd, yun və yumurta) istehsalı" üzrə xəritə-sxem tərtib edilmişdir.
Böyük Qafqaz regionunda heyvandarlığın 4 rayonda inkişafı Heyvandarlığın çox yaxşı inkişaf etdiyi rayon- Xızı, Şabran, Siyəzən, Qobustan və Zaqatala Heybandarlığın yaxşı inkişaf etdiyi rayon- Oğuz, Qəbələ, Xaçmaz, İsmayıllı və Ağsu Heyvandarlığın orta dərəcədə inkişaf etdiyi rayon- Şamaxı, Balakən, Qax, Şəki, Quba və Qusar Heyvandarlığın zəif inkişaf etdiyi rayon — Bakı və Sumqayıt şəhərləri, Abşeron inzibati rayon.
Arıçılıq Arıçılıq bütün Azərbaycanda olduğu kimi Böyük Qafqazda da inkişaf etmiş ənənəvi sahələrdən biridir. Arıçılıq kənd təsərrüfatının ən gəlirli, qida və müəlicəvi əhəmiyyət baxımından xeyirli, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində isə ən faydalı təsərrüfat sahəsidir. Arıçılıq Böyük Qafqaz regionunda Abşeron-iqtisadi coğrafi rayonu istisna olmaqla, digər regionlarda yaxşı inkişaf etmişdir. Son dövrlərədə isə bu sahəyə Dövlət dəstəyinin artması arıçılığın ixtisaslaşdırılmasına və yardımçı sahə kimi inkişaf etdirilməsinə şərait yaradır.
Arəçılığın inkişafı üçün Böyük Qafqazın əlverişli təbii-iqlim şəraiti, zəngin bitki ehtiyatları ondan yüksək məhsul-bal almağa imkan verir. Hər arı ailəsindən orta hesabla ildə 10–11 kq. bal alınır. Hazırda arı popuıyasiyası və cinslərinin də yaxşılaşdırılmasına böyük ehtiyac duyulur. Azərbaycanda "Qaratəpə" arı cinsi dünyada məşhur idi və onu mühacirlər hətta Avropa ölkələrinə də aparmışlar.
Atçılıq Azərbaycanda hələ qədim zamanlardan inkişaf etmiş sahələrdən biri də atçılıqdır. Böyük Qafqaz Azərbaycanın bir hissəsi kimi atçılığın nisbətən inkişaf etdiyi regionlardan biridir. 2016-cı ildə respublikamızda bütün təsərrüfat kateqoriyaları üzrə qeydə alınan atların 34,2 %-i (24,5 min baş) Böyük Qafqaz regionunun payına düşür. Regionda mövcud olan 11,9 min baş atın 49,1 %-i Şəki-Zaqatala, 31,6%-i Quba-Xaçmaz, 17,4%-i Dağlıq Şirvan, 1,9 %-i isə Abşeron iqtisadi-coğrafi rayonlarının payına düşür. Respublika müstəqillik əldə etdikdən sonra Böyük Qafqazın bölgələrində digər təsərrüfatlarla yanaşı, atçılığın da inkişafına yeni imkanlar yaradır.F. M. Cəfərova Böyük Qafqazın Azərbaycan ərazisi daxilində heyvandarlığın ərazi təşkili
Balıqçılıq Azərbaycanın Böyük Qafqaz hissəsində, xüsüsilə Xəzər dənizinin sahil zonası ilə həmsərhəd olan Abşeron və Quba-Xaşmaz rayonları balıqçılıq təsərrüfatı hələ qədim zamanlardan inkişaf etmişdir. Respublikaya məxsus olan su hövzələri qızıl balıq, nərə, uzunburun, kütüm, çəki, ziyad, çapaq, sıf, xəşəm, şamayı, siyənək və digər növlərlə zəngindir. Azərbaycanın bir sıra şaylarında və Xəzər dənizində özü şoxalan balıqlarla yanaşı, respublikada Neftçala, Xıllı, Çaykənd,Çüxur, Şirvan, Kürağzı kimi xüsusi balıqçılıq təsərrüfatları da yaradılmışdır.
İlan təsərrüfatı İlan təsərrüfatı (herpentoloji) Böyük Qafqazda heyvandarlığın qeyri adi, əvvəllər inkişaf etmiş ən gəlirli sahəsidir. Azərbaycanın Böyük Qafqaz hissəsinin təbii-iqlim şəraiti burada zəhərli ilanların yetişdirilməsinə əlverişli imkan yaradır. Ən qiymətli zəhərli ilan Qafqaz gürzəsidir.
Zirə kəndindəki Herpetoloji Kombinatda bəslənib, saxlanılan ən qiymətli zəhərli ilan Qafqaz gürzəsi idi. Bu kombinatda 3 mindən çox ilan saxlanılırdı və onun zəhərindən "Viprosal" mazı hazırlanırdı. Zirə Herpetoloji Kombinatının laboratoriyasında əldə edilən ilan zəhəri 1970-ci illərdə hər qramına görə 150–200 ABŞ dolları,1987-ci ildə isə 200–250 ABŞ dollarına satılırdı.