Antaqonist — hekayədəki əsas qəhrəmanın (protaqonist) düşməni kimi təqdim olunan personajdır.antagonist (noun). İstifadə tarixi: 12 mart 2026. Antaqonistlər əsasən hekayədə əsas düşmən, pis əxlaqlı (qəddar, həris və s.) mənfi personajlar kimi təqdim olunurlarProtagonist vs. Antagonist – Definitions and Examples. İstifadə tarixi: 12 mart 2026.. "Qara cəngavər" filmində Coker, "Ulduz müharibələri"ndə Dart Veyder, "Üzüklərin hökmdarı"nda Saruman, "Harri Potter"də Voldemort, "Quzuların səssizliyi"ndə hannibal Lekter, "Kral Şir"də Skar, "Piter Pen"də Kapitan Huk, "Matriks"də agent Smit antaqonist kimi çıxış edirWhat is an Antagonist — Definition & Examples. İstifadə tarixi: 12 mart 2026.. Təsir gücünə görə hekayədə müxtəlif dərəcəli antaqonistlər ola bilər.
Hekayədə konflikt yoxdursa, heç bir mühüm dəyişiklik baş vermir və beləliklə, hekayə qurulmur. Protaqonist ilə antaqonistin toqquşan maraqları (motivasiyaları) nəticəsində konflikt yaranır və bu konflikt üzərindən hekayə qurulur və inkişaf etdirilirAntagonist: An Evil Character or an Opposing Force? İstifadə tarixi: 12 mart 2026.. Beləliklə, antaqonist hekayəni formalaşdıran əsas amillərdən biri kimi çıxış edir.
Antaqonistlərə sadəcə hekayə və filmlərdə deyil, video oyunlarda, tamaşalarda və s. rast gəlmək olar. Antaqonist hər zaman insan olmaq məcburiyyətində deyil. Bəzən ətraf-mühit, təbiət hadisələri (zəlzələ, sel, tornado, sunami və s.), hər hansı bir heyvan və s. antaqonist ola bilər.
Etimologiya Antik yunancada ἀνταγωνιστής (antagonistēs) sözündən gəlir.
Həmçinin bax
Loqlayn Sinopsis
Mənbə Adilə Nəzərova, "Fəlsəfə terminlərinin izahlı lüğəti".
İstinadlar Kateqoriya:Fəlsəfi terminlər Kateqoriya:Uydurma Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Film və video terminləri Kateqoriya:Teatr terminləri Kateqoriya:Münaqişə