Həyatı Atilla Maralanlı 1961-ci il aprelin 9-da Təbrizdə anadan olub. İbtidai və orta təhsilini Tehranda alıb. 1993-cü ildə Azərbaycan Respublikasına mühacirət edib. Həmin ildən Bakıda yaşayır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əsasən tərcümə ilə məşğul olur.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan elmi qrupu şöbəsində çalışır. Behruz Həqqinin "Koroğlu: tarixi-mifoloji gerçəklik", Həmid Dadizadənin "Ədəbiyyat problemlərinə dair", Səməd Sərdariniyanın "Arazın hər iki tayında müsəlmanların soyqırımı" kitablarını farscadan azərbaycancaya çevirib və Bakıda çap etdirib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:İran şairləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Təbrizdə doğulanlar