Rixard Ernst(; ) — İsveçrə kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1991).

Həyatı Rixard Ernst 14 avqust 1933-cü ildə İsveçrədə, Vinterturda anadan olmuşdur. Sürixdə İsveçrə Federal ali texniki məktəbində (FATM) oxumuşdur. "Diplomlu mühəndis-kimyaçı" attestatı aldıqdan sonra 1957–1962-ci illərdə həmin məktəbdə doktorluq dissertasiyası üzərində işləmişdir. Bundan sonra "Verian Assouşeyts" şirkətində işləmişdir. 1968-ci ildə o, FATM-ə qayıtmış və fiziki kimya laboratoriyasında NMR tədqiqat qrupunun rəhbəri olmuşdur. Bir müddət FATM-in tədqiqat şurasının sədri olmuşdur. Təqaüd yaşı yaxınlaşdıqca tibet məharəti ilə daha çox maraqlanır.

Rixard Ernst 1991-ci ildə Nobel mükafatına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:İsveçrə kimyaçıları Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Avtobioqrafiyalar