Cəlaləddin Məhəmməd Təbrizi () — Keçəçilər ailəsinə mənsub Səfəvi dövlət xadimi. I Təhmasibin ilk vəziri.
Həyatı Təbriz şəhərində, məşhur Keçəçilər nəslində doğulmuşdu. Atası Məhəmməd Zəkəriyya Keçəçi Şah İsmayılın ilk vəziri olmuşdur.Newman, Andrew J. (2008). Safavid Iran: Rebirth of a Persian Empire - I.B.Tauris. səh 16. ISBN 9780857716613. Lakin Şah İsmayılın ölümündən sonra Div Sultan Rumlu tərəfindən öldürülmüşdür. İsgəndər bəy Münşi hadisəni belə nəql edirİsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh 295:Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi. Xacəni kətana büküb yandırdıqları vaxt öz halına münasib bu beyti dedi:
Bəla küncündə əyləşdim və əndamım alovlandı,Kim əyləşsə bəla küncündə əyləşsin gərək böylə
İstinadlar
Kateqoriya:Səfəvi vəzirləri Kateqoriya:Keçəçi ailəsi Kateqoriya:Səfəvi dövlətinin baş vəzirləri